Azərbaycan xalqının müstəqillik salnaməsində 20 Yanvar 1990-cı il təkcə faciə deyil, həm də milli qeyrətin, azadlıq iradəsinin və şəhidlik zirvəsinin rəmzidir. Həmin gecə sovet imperiyasının dinc əhaliyə qarşı törətdiyi qanlı cinayət xalqımızın yaddaşına əbədi həkk olundu. Lakin bu qanlı gecə Azərbaycan xalqının mübarizə ruhunu sındırmadı, əksinə, onu daha da möhkəmləndirdi.20 Yanvar gecəsi tanklar, zirehli texnikalar və silahlı əsgərlər günahsız insanların üzərinə yeridildi. Qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi. Küçələr şəhid qanına boyandı, ailələr yarımçıq qaldı, minlərlə evə yas düşdü. Bu hadisə təkcə bir şəhərə yox, bütün Azərbaycana qarşı törədilmiş cinayət idi. Bu, insanlığa, ədalətə və hüquqa qarşı açıq təcavüz idi.20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsinin başlanğıcı oldu.

O gecə şəhid olanlar öz canlarını Vətən yolunda fəda edərək gələcək müstəqilliyimizin təməlini qoydular. Məhz onların qanı hesabına bu gün Azərbaycan müstəqil, suveren və güclü dövlətdir. 20 Yanvar şəhidləri tariximizdə ilk müstəqillik şəhidləri kimi əbədi yaşayırlar.Bu faciənin ağrısını ən dərindən hiss edənlərdən biri də şəhid ailələridir. Mən şəhid yoldaşı olaraq deyə bilərəm ki, şəhidlik təkcə döyüş meydanında can vermək deyil, həm də geridə qalan ailələrin ömür boyu daşıdığı müqəddəs bir yükdür. Şəhid yoldaşı olmaq həm qürurdur, həm də bitməyən bir nisgildir. Bu ağrı illər keçsə də səngimir, amma Vətən üçün verildiyini bilmək insana mənəvi güc verir.Bu gün dövlətimizin şəhid ailələrinə, Qarabağ əlillərinə və veteranlara göstərdiyi diqqət və qayğı şəhidlərimizin ruhuna olan ehtiramın bariz nümunəsidir. Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi siyasi-hüquqi qiymət bu qanlı hadisənin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, şəhid ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır.

20 Yanvar şəhidləri ilə 44 günlük Vətən müharibəsinin şəhidləri arasında müqəddəs bir bağ var. Onların hamısı eyni amal uğrunda Vətən torpağının azadlığı, dövlətimizin əbədiliyi naminə canlarından keçiblər. Bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımız hər bir şəhidin qanı ilə ucalıb.Bizim borcumuz bu tarixi unutdurmamaq, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək, şəhidlərimizin xatirəsini daim uca tutmaqdır. 20 Yanvar təkcə matəm günü deyil, həm də milli qürur, qeyrət və mübarizə günüdür. Şəhidlər ölmür onlar xalqın yaddaşında, Vətənin taleyində əbədi yaşayırlar.Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun!
Etibar Hüseynova,
Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin
Bərdə rayon təşkilatının sədri, şəhid yoldaşı

Son xəbərlər

Prezident qəbul keçirdi - Fotolar

40 yaşlı Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı titutuluna yiyələnib

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb

"Hudutsuz sevda"nın "bacı-qardaşı" nişanlandı - FOTOLAR

Türkiyədə tur avtobusu aşdı - Ölən və xəsarət alanlar var

HƏSƏNXAN ƏSƏDOV : Xatırlasan özün gəl - FOTO

Tramp: Atəşkəs dövründəki60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq

CÜMŞÜD AYDƏMİR : Dünyanı qoruyaq - FOTO

Melonidən Trampa yeni mesaj: Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm

Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib

ADPU-nun müəllimi vəfat etdi

ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Məlahət Behbudqızı : Sənli xəyallarla yaşayır qəlbim - FOTO

Ağstafaya dolu düşdü

"Azəriqaz"da yeni struktur yaradıldı

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

Bazar gününün - Havası

İldırım Əlişoğlu : İçimin sənsizlik alovu sönmür - FOTO

Bu aktrisa "Taşacak bu deniz"dən gedir - FOTO

Dua Lipa toyundan fotolar paylaşdı

Neslihanın yeni layihəsi bəlli oldu

Keçmiş deputat Paşinyanı məhkəməyə verdi

Ceyhun Bayramovla Bəxtiyor Səidov Bakı və Daşkəndin strateji tərəfdaşlığını müzakirə ediblər

UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib

Bazar günü Bakıda 32 dərəcə isti olacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930