"Bugün Heydər Əliyevin vəfatından 22 il ötür və Azərbaycan xalqı bu günü böyük ehtiramla anır. Səhər tezdən mən də həmkarlarla birlikdə Fəxri Xiyabanı ziyarət etdim. Ulu Öndərin məzarına güllər qoyduq və bir daha gördüm ki, burada həqiqətən izdiham yaşanır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

"22 il keçməsinə baxmayaraq, hər il Fəxri Xiyaban insan axını ilə seçilir. Xalq böyük hörmət və ehtiramla Ulu Öndəri yad edir. Onun məzarını ziyarət etməklə insanlar həm də öz vətəndaş borcunu yerinə yetirdiklərini düşünürlər.

Azərbaycan tarixində çox ağır səhifələr olub. SSRİ dağıldıqdan sonra ölkədə qeyri-sabitlik, təhlükələr və separatçı meyillər güclənmiş, torpaqlar erməni işğalı altına düşmüşdü. Xüsusilə 1991-1993-cü illər tam şəkildə böhran dövrü idi. Birinci Qarabağ müharibəsi və ardınca yaranmış ictimai-siyasi qarışıqlıq ölkəni dərin sarsıntılarla üz-üzə qoydu".

Deputat deyib ki, həmin dövrdə ölkədə sabitlik yox idi:

"Xalq Cəbhəsi və Müsavatın hakimiyyətdə olduğu 1992-1993-cü illərdə idarəetmədə ciddi dağınıqlıq yaranmış, mərkəzi hakimiyyət zəiflədilmişdi. Cəbhə bölgəsində nəzarətdən kənar silahlı dəstələr meydana çıxmış, müxtəlif qruplar şəxsi maraqlar naminə dövlətin maraqlarına zidd addımlar atırdı. Bu vəziyyət ölkəni böyük fəlakətlərlə üz-üzə qoymuşdu.

Belə bir zamanda, 1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevə müraciət etdi. Naxçıvan Ali Məclisinin sədri olan Ulu Öndər xalqın çağırışı ilə Bakıya gəldi və qısa müddətdə ölkədə nizam-intizam yaratdı. Xalqı real milli fəlakətdən xilas etdi, mərkəzləşdirilmiş idarəetmə sistemini bərpa etdi və dövlətin daxildən sabotaj olunmasının qarşısını aldı".

O bildirib ki, o dövrdə bu və ya digər vəzifələrdə təmsil olunan Xalq Cəbhəsi və Müsavat nümayəndələri tutduğu vəzifələrdən sui-istifadə edərək iqtisadi və siyasi sabotaja yol verirdilər:

"Bunun da qarşısı Ulu Öndər tərəfindən alınmış oldu. Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı ölkədə güclü dövlət quruculuğunun başlanğıcı oldu.

1993-cü il sözün əsl mənasında dönüş nöqtəsi oldu. 1993-cü ildən sonra artıq Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti kimi mühüm qərarlar qəbul etməyə başladı. Azərbaycanın mövqeyini beynəlxalq tribunaya çıxardı, Qarabağ münaqişəsini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Paralel olaraq güclü ordu quruculuğu başlandı. Peşəkar, mərkəzləşdirilmiş ordunun formalaşdırılması ilə yanaşı, iqtisadi islahatlar dərinləşdirildi.

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkənin iqtisadi əsaslarını gücləndirdi, iqtisadi suverenliyi təmin etdi. Bundan sonra diqqət ordu quruculuğuna yönəldi. Felakətlər yaşayan, şəhərləri dağıdılmış, soyqırımı görmüş xalq yenidən dirçəlməyə başladı. Xalqın rifahı yüksəldi, imkanları artdı və güclü ordu formalaşdı.

Nəticə etibarilə, bu gün – 2025-ci ildə əldə edilən bütün uğurlar, torpaqların işğaldan azad olunması, 2020-ci il Vətən müharibəsi və 2023-cü illərdə aparılmış antiterror əməliyyatları məhz 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyulan təməl üzərində mümkün oldu. Azərbaycan siyasi, sosial, mədəni və digər sahələrdə qazandığı nailiyyətləri məhz o illərdə atılan addımlara borcludur.

Bu gün də xalq Fəxri Xiyabanda bunu böyük ehtiramla xatırlayır və Ulu Öndərin ruhu qarşısında baş əyir".


Əfsanə Kamal
Demokrat.az

Son xəbərlər

Konfrans Liqası: “Trabzonspor” qələbə qazanıb, "Ayaks" məğlub olub

Eyni serialda rol alacaqlar

✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

“Ona zəng etdim, qan tökülməsi dayandı” - Netanyahu

Sel suları Alişanın evini də basdı - Foto

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031