Xalqımız Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib YENİLƏNİB
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 20 il ötür. Azərbaycan ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq Ulu Öndərin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıblar.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar - Vətən müharibəsi qaziləri, hərbçilər, müxtəlif təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, müharibə və əmək veteranları və başqaları vardı. Çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri düzür, işıqlı xatirəsi önündə baş əyiblər.

Ulu Öndərin ən böyük arzusu Qarabağın erməni işğalından azad olunması, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası idi. Onun bu arzusu üç il əvvəl həqiqətə çevrildi. Otuz il işğal altında qalan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Hazırda Azərbaycanın dövlət Bayrağı Qarabağın hər bir guşəsində, o cümlədən Şuşada, Xankəndidə və digər işğaldan azad olunmuş şəhərlərimizdə dalğalanır, Böyük Qayıdış proqramı uğurla reallaşır.

Müstəqil Azərbaycanın bütün uğurları, qazanılan hər bir zəfərimiz Ulu Öndərin ölməz ideyalarının təntənəsidir. Heydər Əliyev yolu Azərbaycanı daim irəli aparır.

Xalqımız öz xilaskarını, bütün həyatını doğma Vətəninin tərəqqisinə həsr etmiş Ümummilli Liderin xidmətlərini unutmur və unutmayacaq. Fəxri xiyabanda yaşanan izdiham bunu bir daha nümayiş etdirirdi.

X X X

Ulu Öndər Heydər Əliyevin xatirəsi Azərbaycanın bölgələrində, xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də anılıb, müxtəlif anım tədbirləri təşkil olunub.

Son xəbərlər

İspaniya Xorvatiyanı məğlub etdi

Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi

“Düşünürdüm ki, bu mənim üçün ən asanı olacaq” - Tramp

Zeynəb Cəmaləddin : Aman Rəbbim, qoru məni bu gözdən - FOTO

SÖZÜN İÇİNDƏ YAŞAYAN QADIN

NARAHAT OLMA, ATA...

Bu ölkə "Avroviziya"dan imtina etdi

Mənim burda ahlarımdan Sibirdə Baykal gölü bir az sola çəkili -Sevinc YUNUSLU

Sumqayıtda məktəb direktoru vəfat etdi

17 oktyabr 2026-cı il tarixdə Hicran Faiq Əhmədlinin kitab təqdimatı keçiriləcək.

Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt

Türkiyədə qanunsuz miqrantlar saxlanıldı

Sazın sehrində, sözün qüdrətində yaşayan ömür - Aşıq Altay Məmmədli

Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi

Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı

Fransada tələbə üsyanı böyüyür - Fotolar

Hollivudda tarixi razılaşma - 110 milyardlıq nəhəng şirkət quruldu

İçkili halda maşın sürən Blok3 belə cəzalandırıldı

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Hörmüz boğazında gəmiyə zərbə endirilib, 11 hindistanlı yaralanıb

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanıb

TBMM-in sədr müavini Bekir Bozdağ istefa verib

347 milyon uşağın həyatı təhlükədədir - Xəbərdarlıq edildi

ADY-nin sərnişin daşımaları artıb

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031