Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanıb

“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb.

Qanun layihəsi bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir, dövlət və yerli özünüidarəetmə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında, həmçinin digər hüquqi şəxslərdə (təşkilat) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi və həmin məlumatların araşdırılması qaydasını, habelə belə məlumatları verən şəxslərin həvəsləndirilməsinə və müdafiəsinə dair həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını, bu sahədə təşkilatın vəzifələrini müəyyən edir.

Şəxsi maraqların müdafiəsi, özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və ya güzəştlər əldə etmək məqsədilə bilə-bilə yalan və ya böhtan xarakterli məlumatların verilməsi korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verilməsi hesab edilmir. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda fiziki şəxslərin, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri, həmçinin şəxsi və ailə həyatına dair məlumatlar olduqda həmin məlumatın verilməsi onların qanunazidd açıqlanması hesab edilmir.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat tələblərə uyğun olduqda, həmin məlumatı qəbul edən subyektlər məlumat vermiş şəxsin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs qismində tanınması barədə qərar qəbul edir və onun surətini dərhal məlumat verən şəxsə poçt vasitəsilə və ya elektron formada göndərir. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın verilməsi ilə cinayət işi başlandıqda məlumat verən şəxs öz razılığı ilə şahid qismində dindirilə bilər. Məlumat verən şəxs, sonradan məlumatın doğru olmadığı müəyyən edilsə belə, həmin məlumatı əhəmiyyətli yanılmanın təsiri altında verdikdə də bu Qanunla müəyyən edilmiş müdafiə tədbirlərindən istifadə edir.

Layihəyə əsasən, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödəniləcək. Mükafat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılaraq öz təsdiqini tapması barədə məlumat verən şəxsin məlumatlandırıldığı tarixdən 10 iş günü müddətində ödəniləcək. Təşkilatda mükafatın rəsmiləşdirilməsi və ödənilməsi üzrə tədbirlər konfidensiallıq tələblərinə riayət edilməklə həyata keçirilməlidir və həmin tədbirlərin icrasını təmin edən şəxslər tərəfindən məlumat verən şəxsə dair onlara məlum olan məlumatların digər şəxslərə açıqlanmasına yol verilməməlidir.

Mükafatın məbləği minimum əməkhaqqı məbləğinin 25 mislindən çox ola bilməz. Mükafatın məbləği müəyyən edilərkən korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, faktların sayı, verilmiş məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.

Layihəyə əsasın, səlahiyyətli struktur bölmə (şəxs) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən dərhal sonra qeydə almalı və məlumatın qeydə alınmasını məlumatı verən şəxsə bildirməlidir. Səlahiyyətli struktur bölmə (şəxs) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini poçt vasitəsilə və ya elektron formada məlumat verən şəxsə bildirməlidir. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda təşkilat rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ var. Müddətin uzadılması məlumat verən şəxsə bildirilir.

Son xəbərlər

Hörmüz boğazında gəmiyə zərbə endirilib, 11 hindistanlı yaralanıb

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanıb

TBMM-in sədr müavini Bekir Bozdağ istefa verib

347 milyon uşağın həyatı təhlükədədir - Xəbərdarlıq edildi

ADY-nin sərnişin daşımaları artıb

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı

Özəl klinikada “analiz biznesi”: Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?

Prezident qəbul keçirdi - Fotolar

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb: Nələr dəyişəcək?

Ofeliya Sənani xəstəxanalıq oldu

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

COVID-19 geri qayıdır? - Bu bölgədə aşkarlandı

Putinin qorxunc planı ilə bağlı XƏBƏRDARLIQ - SSRİ-ni bərpa edir?

Bakıdan rayonlara axın başlayır? - Yayılan siyahı təəccüb doğurdu

Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında ticarət gəmiləri dronla vurulub

Türkiyə Ukraynaya “Korkut” zenit kompleksləri verib

Qara dənizdə vurulan gəmidə bir azərbaycanlı həlak olub, biri itkin düşüb - XİN

DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

Qeysəriyyə əməliyyatından halı pisləşən 31 yaşlı qadın öldü

“Moskva bizi sınağa çəkir”

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

"Veliaht"dan sonra bu seriala çəkilir - FOTO

Kipr Latviyaya qalib gəldi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031