Xəbərlər
6.10.2026, 12:07
COVID-19 geri qayıdır? - Bu bölgədə aşkarlandı
Sibirin İrkutsk vilayətində pnevmoniya diaqnozu qoyulan qadınla təmasda olan şəxslər arasında 2 COVID-19 və 2 rinovirus hadisəsi aşkarlanıb.
Bu barədə Rusiyanın İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti (Rospotrebnadzor) məlumat yayıb.
Bildirilib ki, pnevmoniya aşkarlanan qadınla təmasda olan şəxslərin 60 faizinin müşahidə müddəti başa çatıb.
Məlumata görə, İrkutsk vilayətində həftə ərzində təxminən 16 min kəskin respirator virus infeksiyası qeydə alınır. Açıqlamada bölgədə kəskin respirator virus infeksiyalarının yayılma səviyyəsinin epidemiya həddindən 12,6 faiz aşağı olduğu qeyd edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


