Azərbaycanda regionlarda istifadəyə verilən yeni yaşayış sahələrinin həcmi kəskin artıb. Məsələn, Gəncə-Daşkəsəndə bu göstərici bir il ərzində 19,4 min kvadratmetrdən 219 min kvadratmetrədək yüksəlib. Lənkəran-Astarada 562,8 min, Quba-Xaçmazda isə 382,7 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.

Bu rəqəmlər regionlarda yeni yaşayış və məskunlaşma dalğasının başladığını göstərə bilərmi? Azərbaycanda insanlar paytaxtdan regionlara köçməyə başlayır?

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc danışıb. O deyib ki, real aktivlik sosial-iqtisadi inkişafla paralel getməlidir:

“Görünür, xüsusilə Gəncə və Daşkəsənlə bağlı təqdim olunan ilk statistika o qədər də əsaslı deyil. Çünki sözügedən ərazi kifayət qədər böyükdür və bir il ərzində həmin ərazidə 19, 4 min kvadratmetr tikintinin aparılması o qədər də real görünmür. Bu, uzaqbaşı həmin ərazidə yerləşən rayonlardan birinin tikinti həcmi ola bilər. Müqayisəli təhlil aparsaq, tikinti aktivliyində artım var. Lakin bununla yanaşı, əmlakın satış və kirayəsinə olan tələbin yüksəlməsi, əhalinin artım səviyyəsi, yeni tikilən mənzillərin doluluq səviyyəsi, yəni həmin mənzillərdə nə qədər insanın yaşaması kimi göstəricilər də təhlil olunmalıdır. Yalnız bütün bu amillər nəzərə alındıqdan sonra yekun fikir söyləmək mümkündür. Mövcud göstəricilərə görə, regionlarda satış qiymətləri artır. Universitetlərin yerləşdiyi ərazilərdə, xüsusilə tələbələrin olduğu yerlərdə kirayə tələbi də davam edir”.

Ekspert bildirib ki, əhalinin artım səviyyəsində əvvəlki dövrlərlə müqayisədə müəyyən azalma dinamikası müşahidə olunur:

“Yeni tikilmiş binaların doluluq səviyyəsi də hələ tam deyil. Bütün bunları nəzərə alaraq demək olar ki, regionlarda müəyyən sosial-iqtisadi inkişaf və tikinti həcminin artımı var. Lakin regionlarda məskunlaşma baxımından hələlik konkret nəticələrdən danışmaq tezdir. Regionlarda məskunlaşmanın artması üçün ilk növbədə zavodlar, fabriklər və yeni iş mərkəzləri yaradılmalıdır. Bu halda əhalinin həmin ərazilərdə məskunlaşmasında da artım olacaq. Tikinti həcminin artması müəyyən mənada əhalinin təbii artımı ilə də bağlıdır. Əhali artdıqca tikintiyə olan tələbat da artır. Eyni zamanda, məskunlaşma genişləndikcə tikinti həcminin də artması gözlənilir. Burada daxili miqrasiyanın da müəyyən rolu var. İnsanların bir rayondan digərinə köçməsi və ya bir işdən ayrılaraq başqa işlə təmin olunması da bu prosesə təsir göstərir.

Nəticə etibarilə, insanların regionlara qayıdışını təmin etmək üçün həmin ərazilərdə böyük təsərrüfatlar qurulmalı, sosial-iqtisadi inkişaf layihələri həyata keçirilməlidir. Zavod və fabriklərlə yanaşı, təhsil müəssisələrinin də regionlarda fəaliyyətinin genişləndirilməsi vacibdir. Bakıdakı təhsil müəssisələrinin regionlarda filiallarının yaradılması və ya müəyyən təhsil müəssisələrinin regionlara köçürülməsi həm paytaxtdakı sıxlığın azalmasına, həm də regionların sosial-iqtisadi inkişafına böyük töhfə verə bilər”.

Son xəbərlər

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı

Özəl klinikada “analiz biznesi”: Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?

Prezident qəbul keçirdi - Fotolar

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb: Nələr dəyişəcək?

Ofeliya Sənani xəstəxanalıq oldu

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

COVID-19 geri qayıdır? - Bu bölgədə aşkarlandı

Putinin qorxunc planı ilə bağlı XƏBƏRDARLIQ - SSRİ-ni bərpa edir?

Bakıdan rayonlara axın başlayır? - Yayılan siyahı təəccüb doğurdu

Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında ticarət gəmiləri dronla vurulub

Türkiyə Ukraynaya “Korkut” zenit kompleksləri verib

Qara dənizdə vurulan gəmidə bir azərbaycanlı həlak olub, biri itkin düşüb - XİN

DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

Qeysəriyyə əməliyyatından halı pisləşən 31 yaşlı qadın öldü

“Moskva bizi sınağa çəkir”

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

"Veliaht"dan sonra bu seriala çəkilir - FOTO

Kipr Latviyaya qalib gəldi

İlon Mask yenidən trilyonçu oldu

Ruhun Poeziyası: Püstə Sahibqızının Yaradıcılıq Cığırı

MÜƏLLİM – GƏLƏCƏYİ YETİŞDİRƏN BÖYÜK MİSSİYANIN DAŞIYICISI

TƏNHA ÇİNARIN NAĞILI

İlham Əliyevə dil uzadanlar bilməlidir ki... - Asəf Rzayev

1 ilə 20 kiloqram arıqladı - Foto

“Altın çocuk” 90 yaşında vəfat etdi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031