"Aqrar sahə haqqında" yeni qanun layihəsi kənd təsərrüfatında kifayət qədər geniş dəyişiklikləri nəzərdə tutur. Layihə qəbul edilərsə, hazırda qüvvədə olan “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv ediləcək. Digər xüsusi istiqamətlər üzrə qanunlar isə qüvvədə qalacaq".

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, aqrar məhsul istehsalçılarının reytinq sistemi yaradılır:

"Fermerlərin iqtisadi səmərəliliyi, resurslardan istifadəsi və dövlət dəstəyindən düzgün istifadə etməsi qiymətləndiriləcək. Dövlət dəstəyi verilərkən bu reytinq nəzərə alınacaq. Müqavilə əsasında istehsal genişləndirilir. Fermer məhsulu yetişdirməzdən əvvəl alıcı ilə onun miqdarını, keyfiyyətini, qiymətini və ya qiymətin müəyyənləşdirilməsi qaydasını razılaşdıra biləcək. Bu, fermerin satışla bağlı riskini azalda bilər. Dövlətin aqrar bazara müdaxilə mexanizmi nəzərdə tutulur. Zərurət yarandıqda dövlət məhsul ala, ehtiyat yarada və məhsulun saxlanması xərclərini subsidiyalaşdıra bilər. Bu mexanizm xüsusilə məhsul bolluğu zamanı qiymətlərin kəskin düşməsinin qarşısının alınmasına kömək edə bilər. Torpaqlardan daha səmərəli istifadə üçün konsolidasiya, kooperativləşmə və vahid əkin imkanları nəzərdə tutulur. Məqsəd kiçik və parçalanmış torpaq sahələrinin yaratdığı səmərəsizliyi azaltmaqdır. Fermerlərin məhsullarını satmaq imkanları genişləndirilir. Aqrar bazarlar və yarmarkalarla yanaşı fermer mağazaları, səyyar satış yerləri və elektron platformalar da nəzərdə tutulur. Kooperativlərin öz satış yerlərini yaratması da mümkün olacaq. Dövlət dəstəyi üçün geniş alətlər müəyyən edilir. Subsidiyalar, güzəştli kredit və lizinq, qrantlar, dövlət investisiyaları, vergi və gömrük güzəştləri, aqrar sığorta və digər dəstək mexanizmləri nəzərdə tutulur. Regionların aqrar ixtisaslaşması və bitkilərin rayonlaşdırılması dövlət dəstəyi ilə əlaqələndirilir. Yəni, hansı ərazidə hansı məhsulun yetişdirilməsinin daha səmərəli olması dövlət dəstəyi zamanı nəzərə alına bilər. Aqrar sahədə rəqəmsal məlumat sisteminin rolu artırılır. Fermerlərin qeydiyyatı, dövlət xidmətləri və dəstək tədbirlərindən istifadə ilə bağlı məlumatlar bu sistemdə toplanacaq və dövlət dəstəyi verilərkən həmin məlumatlar əsas götürüləcək".

İqtisadçı qeyd edib ki, qanunda nəzərdə tutulan mexanizmlərin real nəticəyə çevrilməsi onun tətbiqindən asılı olacaq: "Yaxşı qanun vacibdir, amma fermer üçün nəticəni qanunun mətnindən sonra başlayan proses müəyyən edir. Tətbiq mexanizmləri aydın və dəqiq hazırlanmalı, mərkəzi icra hakimiyyəti orqanları arasında səlahiyyət və məsuliyyət bölgüsü konkret müəyyən edilməli, regionlarda qanunun icrasında iştirak edən qurumların fəaliyyəti əlaqələndirilməli, fermer üçün prosedurlar sadə və anlaşıqlı olmalıdır. Eyni zamanda regionlarda özbaşınalıq halları ilə bağlı siqnallar daxil olduqda buna sərt reaksiya verilməli və belə halların qarşısı vaxtında alınmalıdır. Dövlət dəstəyinin hansı meyarlarla verilməsi, reytinq sisteminin necə işləməsi, bazar intervensiyasının hansı hallarda həyata keçirilməsi, müqaviləli istehsalda tərəflərin hüquqlarının necə qorunması və qəbul edilən qərarların icrasına necə nəzarət olunması əvvəlcədən dəqiq müəyyənləşdirilməlidir. Burada nəzarət mexanizmi də xüsusi əhəmiyyət daşıyır.

Qanunun bütün regionlarda eyni prinsiplərlə tətbiqi (bəzi coğrafi amillər istisna olmaqla), qərarların subyektiv yanaşmalardan mümkün qədər qorunması, fermerlərin dövlət dəstəyinə bərabər çıxışının təmin edilməsi və nəticələrin davamlı qiymətləndirilməsi vacibdir. Mərkəzi qurumların qəbul etdiyi qərarla fermerin rayonda qarşılaşdığı praktika arasında fərq yaranmamalıdır. Əgər tətbiq qaydaları aydın, icra mexanizmi işlək, qurumlar arasında koordinasiya düzgün, nəzarət effektiv və fermer üçün prosedurlar əlçatan olarsa, yeni qanunda nəzərdə tutulan imkanlar aqrar sahədə məhsuldarlığın, investisiyanın, fermer gəlirlərinin və bazara çıxış imkanlarının artmasına real töhfə verəcək. Əks halda qanun nə qədər mükəmməl olursa olsun, ondan gözlənilən iqtisadi nəticələrin əldə olunması çox çətin olacaq".

Son xəbərlər

347 milyon uşağın həyatı təhlükədədir - Xəbərdarlıq edildi

ADY-nin sərnişin daşımaları artıb

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı

Özəl klinikada “analiz biznesi”: Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?

Prezident qəbul keçirdi - Fotolar

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb: Nələr dəyişəcək?

Ofeliya Sənani xəstəxanalıq oldu

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

COVID-19 geri qayıdır? - Bu bölgədə aşkarlandı

Putinin qorxunc planı ilə bağlı XƏBƏRDARLIQ - SSRİ-ni bərpa edir?

Bakıdan rayonlara axın başlayır? - Yayılan siyahı təəccüb doğurdu

Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında ticarət gəmiləri dronla vurulub

Türkiyə Ukraynaya “Korkut” zenit kompleksləri verib

Qara dənizdə vurulan gəmidə bir azərbaycanlı həlak olub, biri itkin düşüb - XİN

DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

Qeysəriyyə əməliyyatından halı pisləşən 31 yaşlı qadın öldü

“Moskva bizi sınağa çəkir”

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

"Veliaht"dan sonra bu seriala çəkilir - FOTO

Kipr Latviyaya qalib gəldi

İlon Mask yenidən trilyonçu oldu

Ruhun Poeziyası: Püstə Sahibqızının Yaradıcılıq Cığırı

MÜƏLLİM – GƏLƏCƏYİ YETİŞDİRƏN BÖYÜK MİSSİYANIN DAŞIYICISI

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031