Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, şəhid Camal İsmayılovun ailəsi Zəfər muzeyini ziyarət edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə şəhidin anası Filarə İsmayılova sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, nəvəsi Alparslanla birlikdə muzeyi ziyarət edərkən yüksək ehtiramla qarşılanıblar:

“Alparslanımla Zəfər muzeyinə getdik. Çox hörmətlə, isti qarşılanma oldu. Vətənimizi Zəfər muzeyindən izləmək çox sevindirici bir haldır. Muzeyi gəzərkən çox hörmətli Hikmət Hacıyevlə qarşılaşdıq, salamladıq və Hikmət müəllim: “Siz Qəhrəman Camalin anasınız”,- dedi.

Camal haqqında, onun qəhrəmanlığı haqqında Hikmət müəllimlə bir xeyli söhbət etdik. Mənim qəhrəman balam bu gün bir daha səninlə qürur duydum. Hikmət müəllim qayğılarımızla maraqlandı. Camalın övladlarının təhsili ilə maraqlandı.

İndi bildim ki müharibəyə gedərkən Camal “Sizi dövlətimə əmanət edirəm” sözünü əbəs yerə deməmişdi”.

Qeyd edək ki, şəhid Camal İsmayılovun 2 qız övladı var idi, oğlu Alparslan isə atası şəhid olduqdan sonra dünyaya gəlib.

Son xəbərlər

Alıcan İsgəndərli : DANIŞIĞI BİTİRDİ - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib - Foto

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi (FOTO)

Maaşı artırıldı, serialdan ayrılığı qısa çəkdi - FOTO

Hicran Fuad Əhmədli : Gecənin Gözləri - FOTO

"Delikanlı"dan sonra bu seriala çəkilir - FOTO

Yazıçı-publisist Nəhayət Şirinovanın Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş növbəti "Mehrab Dastanı" adlı kitabı işıq üzü görüb - FOTOLAR

Zöhrə Qaraqızı : HƏR YAZILAN SEİR OLMAZ - FOTO

MÜZƏFFƏR MİLLİ ORDUMUZ (26 İyun - Silahlı Qüvvələr Günü)

"Gassal"ın aktrisası yeni layihədə - FOTO

Bella və Giginin anası 62 yaşında evlilik təklifi aldı

Selin Dionun vətəni “Avroviziya”da iştirak hüququ qazandı

Məşhur “gəlin-qayınana” yeni layihədə - FOTO

“Sadakatsiz”in aktrisası evləndi - Foto

FHN Aqşin Fatehin restoranını bağladı - Foto

Ruhu daim bizimlədir.

Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək

XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir

Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Taleh Qaraşov Aşura günündə şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930