“Kainat gözəli 2025” müsabiqəsi ətrafında qalmaqallar səngimək bilmir. Müsabiqənin direktoru Raul Roçaya qarşı narkotik qaçaqmalçılığı ittihamlarının gündəmdə olduğu bir zamanda diqqət bu dəfə qalibə - meksikalı Fatima Boşa yönəlib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, tacı qazandıqdan sonra kəskin tənqidlərə məruz qalıb.

Mübahisələr Omar Harfuşun müsabiqənin saxtalaşdırılması ilə bağlı iddialarından sonra daha da güclənib. Sosial mediada istifadəçilər dərhal “Kainat gözəli” müsabiqəsinin rəhbəri Raul Roça Kantu ilə qalibin atası Bernardo Boş Fernandez arasında mümkün biznes əlaqələrinə diqqət çəkiblər.

Meksikanın “Reforma” qəzetinin məlumatına görə, Bernardo Boş Fernandez 2017-ci ildən “Pemex Exploración y Producción” (PEP) şirkətində baş menecerin müşaviri kimi çalışır və şirkətdə ümumilikdə 30 illik təcrübəyə malikdir. Onun əsas vəzifəsi strateji layihələrin müəyyənləşdirilməsi və monitorinqidir.

Bu ilin əvvəlində “Petrobras”ın törəmə müəssisəsi olan “Pemex” ilə Raul Roça Kantuya məxsus “Soluciones Gasíferas del Sur” şirkəti arasında iş birliyinin olduğu məlum olub.


“Eme Equis”in məlumatına əsasən, Roçanın şirkəti “Pemex”dən 34,5 milyon avro dəyərində quru boru kəməri tikintisi üzrə müqavilə alıb. Raul Roça Boş ailəsi ilə əlaqələrə dair iddiaları inkar edərək “heç bir bağının olmadığını” bəyan etsə də, mediada yayılan yeni məlumatlar bu müdafiəni zəiflədib.

Roça hazırda yalnız müsabiqədə saxtakarlıq iddiaları ilə deyil, həm də narkotik, silah və yanacaq qaçaqmalçılığı ittihamları ilə üzləşir.

Bernardo Boş Fernandez isə rəsmi olaraq şübhəli şəxs elan olunmasa da, onun adı daha əvvəl də araşdırmalarda keçib. “Reforma”nın digər məlumatında bildirilir ki, Boş 2019-cu ildə Baş Prokurorluq (FGR) tərəfindən 300 min avrodan çox qanunsuz varlanma şübhəsi ilə yoxlanılıb. Hesabatda qeyd olunub ki, o, 2011-2015-ci illər arasında dövlət məmuru kimi aldığı rəsmi maaşla müqayisədə xeyli yüksək - 6,5 milyon pesodan çox gəlir əldə edib və bunun hüquqi izahı təqdim olunmayıb.

Nəticədə Boş 2022-ci ildə aktivlərini açıqlamaqdan və ya maraqlar toqquşması barədə məlumat verməkdən imtina etsə də, araşdırmalar qanunsuz varlanmaya dair dəlil tapılmadığı üçün bağlanıb.

Bütün bu məlumatlar həm medianın, həm də “Kainat gözəli” izləyicilərinin diqqətini yenidən müsabiqənin nəticələrinə yönəldib. Sosial şəbəkələrdə təzyiq artır, müsabiqənin obyektivliyi və şəffaflığı ilə bağlı suallar isə hələ də cavabsız qalır.

Son xəbərlər

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

NƏSİB MÜƏLLİM, SİZ DƏ MƏNƏ SÜRPRİZ ETDİNİZ

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930