Noyabrın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Vətən müharibəsində Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Tarixə çevrilən həqiqət - unutmadıq, unutmarıq …” adlı tədbir və “Allaha Salam” filminin nümayişi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” olduğunu xatırladıb, Vətən müharibəsində qazanılan şanlı Zəfərin ölkəmiz və bütün Türk dünyası üçün önəmindən danışıb. Bu Zəfərin memarı olan şəhidlərimizin, qazilərimizin, Vətən müharibəsi iştirakçılarımızın hər zaman sayğı və ehtiramla yad edildiyini deyən rektor Ceyran Mahmudova Mədəniyyət və İncəsənət Universitetinin çoxprofilli ali təhsil müəssisəsi kimi bu mövzulara fərqli aspektlərdən yanaşdığını, silsilə tədbirlər həsr etdiyini də vurğulayıb.

Mərasimdə Vətən müharibəsi görüntülərindən və Prezident İlham Əliyevin çıxışlarından ibarət videoçarx nümayiş olunub.

ADMİU-nun Teatr sənəti fakültəsinin Dram teatrı və kino aktyoru kafedrasının müdiri, Əməkdar artist, professor Gülşad Baxşıyeva şəhidlərimizə həsr etdiyi çıxışında onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını deyib.

Tədbirdə Xalq artisti, ADMİU-nun professoru Məmmədsəfa Qasımovun ifasında şair İlqar Fəhminin “Balaca kişilər” şeiri səsləndirilib.

Sonra ADMİU-nun məzunu, rejissor, şair Xəyal Rzanın “Allaha salam” filmi nümayiş olunub.

Daha sonra filmin ssenari müəllifi və rejissoru Xəyal Rza və baş rolun ifaçısı Xalq artisti Məmmədsəfa Qasımov ekran əsərinin yaranma prosesindən danışıblar. Bu filmin onun diplom işi olduğunu deyən X.Rza vətənpərvərlik mövzusuna həsr olunmuş bir işi ərsəyə gətirdikləri üçün məmnunluğunu söyləyib.

Tədbirdə Milli Məclisin deputatı Səyyad Aran film haqqında fikirlərini bölüşüb, bu mövzuda ekran əsərlərinin çəkilməsinin əhəmiyyətindən danışıb.

ADMİU-nun müəllimi Vüqar Hacıyev və magistratura tələbəsi Əzizəxanım Kazımovanın ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.








Son xəbərlər

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

İrana zərbələr bu səbəbdən dayandırılıb

Şərafət Şəfa : Eşqin üzü dönüb, di əlini üz.. - FOTO

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan güləşçilərinin ilk rəqibləri məlum olub

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

“Həkim dedi ki, sənə sistem vuracağıq, içində nə olduğunu bilmirdim”

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım - Foto

Emin ayrılmış valideynləri ilə bir arada - FOTOLAR

Araz Ağalarov gənc xanımı ilə "DreamFest”də

“Çılgın Bediş” 25 il sonra qayıdır

Elm, fantastika, şəxsi həyat...

İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır

Müxalifətin hakimiyyətə gəlməməsi üçün ölkədə prezident seçkilərini ləğv etdi

Bakıda bu ərazilərdə işığın verilişində fasilə yaranacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031