Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinin, həmçinin təhsil, səhiyyə müəssisələrinin oduna olan tələbatını ödəmək məqsədilə hazırda ölkə üzrə meşə ərazilərinin xüsusi ayrılmış sahələrində odun tədarükü işləri aparılır. Bu barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsində həftəlik olaraq paylaşılır. Odun tədarükü məqsədilə müəyyən edilən bütün qırma sahələrinin siyahısı avqustun 6-da nazirliyin rəsmi saytında yerləşdirilib. Ayrılmış sahələr barədə ətraflı məlumatla bu linkə keçid edərək tanış olmaq mümkündür.

"Unikal" Azərtac-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məlumat verib.


O bildirib ki, odun tədarükü Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş qaydalar əsasında həyata keçirilir. “Tədarük prosesi əsasən bioloji inkişafdan qalmış, köküstə qurumuş və yanğın təhlükəsi yarada biləcək quru, yıxılmış ağacların hesabına aparılır. Qırmaya aid ağaclar mütəxəssislər tərəfindən müəyyən olunur, nömrələnir və yalnız müvafiq rəy verildikdən sonra onların kəsilməsinə başlanılır. Qeyd edək ki, odun tədarükünə başlamazdan əvvəl regionlarda rayon sakinlərinin və ictimai fəalların iştirakı ilə ictimai dinləmələr keçirilir. Dinləmələrdə odun tədarükünün aparılacağı meşə sahələri barədə məlumat verilir və əhalinin proses barədə məlumatlı olması üçün maarifləndirici izahlar aparılır. Odun əldə etmək istəyən qazlaşdırılmayan kəndlərin sakinləri aidiyyəti üzrə Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər”, - deyə xidmət rəisi vurğulayıb.

Qeyd edək ki, istiliklə bağlı müvafiq qurumlar tərəfindən qışa hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərlə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Son xəbərlər

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930