Suraxanıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Şanlı tariximizin ən şərəfli və qürurverici səhifələrinə həkk olunmuş 8 noyabr – Zəfər gününün 5-ci ildönümü münasibətilə “Zəfər Bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri keçirilib.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, şəhidlərimizin ailə üzvləri və qazilər, müharibə veteranları, Milli Məclisin deputatları Afət Həsənova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən öncə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Daha sonra Mədəniyyət Nazirliyinin və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfərin ruhu” adlı fotosərgiyə baxış keçirilib. Qeyd edək ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan Ordusunun şücaətini, xalqımıza bəxş etdiyi əbədi Zəfər ruhunu, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda aparılan böyük quruculuq və dirçəliş prosesini, o cümlədən Qarabağ təbiətinin füsunkar gözəlliklərini rəssam və fotoqrafların gözü ilə əks etdirir. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanmış “Zəfər Bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri Vətən müharibəsi günlərində Şuşa şəhərinə sancılan və Qələbəmizin rəmzinə çevrilən Zəfər bayrağının Fəxri Qaravolun müşayiətilə təntənəli şəkildə zala gətirilməsi ilə başlanıb.

Bakı Bələdiyyə teatrının aktyorları 2020-ci il 20 sentyabrda başlanan müqəddəs savaşın tarixindən söhbət açıb, Ulu Öndər Heydər Əliyevin zəkasının işığında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış Şanlı Qələbədən bəhs edən kompozisiyalarla çıxış ediblər, eləcə də müharibə dövründəki hərbi əməliyyatlardan görüntülər nümayiş etdirilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı və solistlər Zəfərimizi tərənnüm edən mahnılarla, xoreoqrafik kompozisiyalarla çıxış ediblər. Vətənpərvərlik ifalarının mahir ifaçısı, xalq artisti Mübariz Tağıyevin ifası da böyük coşqu ilə qarşılanıb. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Zəfər Gününün 5-ci ildönümü münasibətilə şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını təbrik edib və Zəfər bayrağımızın heç zaman enməyəcəyini, bu bayrağın daim tarixi torpaqlarımızda əzəmətlə dalğalanacağını qürur və əminliklə vurğulayıb. O, bildirib ki, bu günümüzün uğurlarının zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən başladığı inkişaf yolunun təqdimatıdır

Bu yol Azərbaycan xalqının torpaq həsrətinə son qoydu. Azərbaycan bu illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işləri apardı və istəyinə nail oldu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar.








Son xəbərlər

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

BELA ZƏNGİBASARLI : ÜZ TUTUB VƏTƏNƏ QOVUŞAQ GƏRƏK - FOTO

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930