Xəbərlər
5.11.2025, 20:44
Leyla ana, mərd ana - FOTO
Rauf İLYASOGLU
İki oğul itirib,
Leyla ana, mərd ana.
İlqar şəhid olubdur,
Qəlbi qübar, dərd ana.
Vüqar beş dil bilirdi,
Qismətin tən bölürdü,
Təhsil alıb gəlirdi,
Deyirdi canım ana.
Anasının halına
O yanmağa gəlirdi,
Qəlbi qəfil dayandı,
Ata hardan biləydi..
Toylarını görmədi ,
Ata oğul şənliyin.
Dadmadı heç bir zaman,
Nəvənin şirinliyin.
Övladların dərdindən,
Göz yaşları quruyub,
İki oğul mərdliklə
Vətənimi qoruyub.
Heç zaman unutmarıq,
Biz şəhid anaların.
Darıxmağa qoymarıq
Biz şəhid ataların.
Qubadlı torpağının
Cəsur igid oğludur,
Qəlblərdədir adları,
Onlar Vətən qoludur.
Leyla ana fəxr edir,
İki oğlu diridir.
Vətənimi qoruyan,
İgidlərdən biridir
.Leyla ana, mərd ana.
İlqar şəhid olubdur,
Qəlbi qübar, dərd ana.
Vüqar beş dil bilirdi,
Qismətin tən bölürdü,
Təhsil alıb gəlirdi,
Deyirdi canım ana.
Anasının halına
O yanmağa gəlirdi,
Qəlbi qəfil dayandı,
Ata hardan biləydi..
Toylarını görmədi ,
Ata oğul şənliyin.
Dadmadı heç bir zaman,
Nəvənin şirinliyin.
Övladların dərdindən,
Göz yaşları quruyub,
İki oğul mərdliklə
Vətənimi qoruyub.
Heç zaman unutmarıq,
Biz şəhid anaların.
Darıxmağa qoymarıq
Biz şəhid ataların.
Qubadlı torpağının
Cəsur igid oğludur,
Qəlblərdədir adları,
Onlar Vətən qoludur.
Leyla ana fəxr edir,
İki oğlu diridir.
Vətənimi qoruyan,
İgidlərdən biridir
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

