Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstərdiyi yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülən tələbələrdən biri də Gülay Mürvətovadır. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil alır. Gülay Mürvətova AZƏRTAC-a müsahibəsində onu bu uğura aparan yoldan, qarşılaşdığı çətinliklərdən, gələcək planlarından söz açıb.

– Gülay, səni Prezident təqaüdünə layiq görülməyin münasibətilə təbrik edirik! Bu uğura necə nail oldun? İmtahanlara hazırlıq prosesin necə keçdi?

-İmtahanlara ciddi şəkildə hazırlaşırdım, çünki qarşıma böyük bir məqsəd qoymuşdum. Bilirdim ki, buna çatmaq üçün çox çalışmalıyam. Mövzuları təkrar etmək mənim üçün əsas idi – dərsləri nə qədər çox təkrarlayırdımsa, bir o qədər yaxşı yadda qalırdı.

– Hansı fənlərə daha çox diqqət ayırırdın?

-Ən çox riyaziyyata üstünlük verirdim. Mənə elə gəlirdi ki, riyaziyyatda o biri fənlərdə olduğum kimi çox güclü deyiləm və buna görə də ona daha çox vaxt ayırmalıyam. Amma ümumiyyətlə, bütün fənlərlə nizamlı şəkildə, vaxtında məşğul olurdum.

– Qəbul imtahanından neçə bal topladın?

-692,5 bal.

– Bu qədər yüksək nəticə əldə etmək üçün, yəqin ki, gündəlik həyatında müəyyən məhdudiyyətlərə dözmüsən…

-Bəli, vaxtımın çox hissəsini dərsə ayırdığım üçün tez-tez yorğun olurdum. Dostlarımla, ailəmlə bir yerdə vaxt keçirə bilmirdim. Bəzən həll edə bilmədiyim tapşırıqlar, suallar məndə narahatlıq yaradırdı, amma üzərində daha çox çalışaraq onları da aydınlaşdırırdım.

– Niyə məhz hüquqşünaslıq ixtisasını seçdin?

-Üçüncü ixtisas qrupunu seçməyimin əsas səbəbi hüquqşünaslığa olan marağım idi. Hüquqşünasların bütün qanunlar, qərarlar haqqında zəngin biliyi, cəmiyyətdə onlara olan ehtiyac məndə bu sahəyə maraq oyadıb. Valideynlərim də bu qərarıma tam dəstək verdilər.

– Səni ən çox motivasiya edən nə idi?

-Ən böyük motivasiyam gələcəkdə özümü görmək istədiyim peşə və valideynlərimin mənə olan inamı idi. Bu yolda mənə müəllimlərim, ailəm və dostlarım böyük dəstək oldular.

– Prezident təqaüdünə layiq görülmək sənə hansı hissləri yaşatdı?

-Prezident təqaüdü mənim zəhmətimin, səylə çalışmağımın və bütün bunların nəticəsində əldə etdiyim uğurun dəyərləndirilməsidir. Bu təqaüdə layiq görülmək mənim üçün böyük bir şərəfdir.

– Gələcək planların haqqında nə deyə bilərsən?

-Hüquq sahəsində çalışmaq və hakim olmaq istəyirəm. Xaricdə magistratura təhsili almaq və elmi fəaliyyət sahəsində çalışmağı qarşıma məqsəd qoymuşam.

– Boş vaxtlarını necə keçirirsən?

-Rəsm çəkməyi, musiqi dinləməyi, kitab oxumağı və xarici dildə film izləməyi sevirəm.

– Uğur qazanmaq istəyən gənclərə nə tövsiyə edərdin?

-Ən vacibi, özünüzə inanın! Qarşınıza məqsəd qoyun və ona doğru ardıcıl irəliləyin. Bu yolda bəzən dostlarla vaxt keçirməkdən imtina etməli, daha çox dərs oxumalı olacaqsınız. Qarşınıza çıxan çətinliklər sizi ruhdan salmasın. Əksinə, onları aşaraq daha da əzmkar olun. Zəhmətinizin bəhrəsini mütləq görəcəksiniz.

Gülay Mürvətovanın nailiyyəti bir daha göstərir ki, qətiyyət, düzgün planlama və dəstəkləyici mühit gənclərin həyatında böyük uğurların açarı ola bilər. Gülaya təhsilində və gələcək karyerasında uğurlar arzu edirik!

Son xəbərlər

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO

66 yaşlı Nazpəridən İstanbul - Fotosessiyası

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

Qəbulun II cəhdinə qeydiyyat başlayır

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyunda bu bürclərin yeni şansları olacaq

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Attal prezidentliyə rəsmən namizəd oldu

Makron Lukaşenkoya zəng vurub, ona xəbərdarlıq etdi

İmişlidə qəza oldu - Ölənlər və yaralananlar var

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazırdır

QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO

Şəhidlik zirvəsinə ucalan Quliyev Şəhriyar Nəsib oğlunun, may ayının 25- də cənnətdəki mövlud günüdü - FOTO

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı

Türkiyə bu ölkəyə ordunu yenidən qurmağa kömək edəcək

Azərbaycan yeni beynəlxalq təşəbbüslər irəli sürən mühüm dövlətlərdən birinə çevrilib ŞƏRH

Füzuli sakinini ildırım vurub öldürdü

Mənzil alanlara xəbərdarlıq: Sahələr süni şəkildə şişirdilir

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Pensiyaçılara ŞAD XƏBƏR - Endirim ediləcək

İctimai nəqliyyatda ödənişlə bağlı YENİLİK: Aylıq və illik PAKETLƏR GƏLİR

Anqolada qızıl mədənində torpaq sürüşməsi olub, azı 28 nəfər ölüb

Goranboyda sel fəsadlar törətdi - FOTO

Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar

Paytaxtın bu ərazisində işığın verilməsində fasilə yaranacaq

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031