“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib
“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib


2024/2025-ci tədris ilində birinci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 685 baldan yuxarı nəticə göstərərək Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsis etdiyi məqsədli “Elm və texnologiya” təqaüdünə layiq görülmüş bir qrup tələbə ilə görüş keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, görüş 1 noyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunub. Görüşdən əvvəl tələbələr DİM-də yaradılmış muzeylə tanış olublar və onlara Mərkəzin nəşr etdiyi “İnformatika” (tələbələr, bakalavrlar və magistraturaya hazırlaşanlar üçün) vəsaiti hədiyyə edilib.

Tədbirdə Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Mərkəzin İdarə Heyətinin sədr müavini Namiq Babayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ETN-nin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman iştirak ediblər. Tələbələrın qarşısında çıxış edən rəsmilər onları təqaüd almaq münasibətilə təbrik edərək bundan sonra da təhsildə yüksək nailiyyətlər əldə etməyi arzulayıblar. Çıxışlar zamanı bildirilib ki, cari tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə birinci ixtisas qrupu üzrə (xüsusilə informasiya texnologiyaları və mühəndislik ixtisaslarına) yüksək nəticə göstərərək daxil olmuş tələbələrin sayı digər ixtisas qruplarına nisbətdə üstünlük təşkil edib.

“Elm və texnologiya” təqaüdü Dördüncü Sənaye İnqilabı dövründə ölkə iqtisadiyyatı üçün önəmli əhəmiyyət daşıyan bu sahədə yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılmasını stimullaşdırmaq məqsədilə müvafiq ixtisaslara qəbul olmuş gənclərə dövlət tərəfindən göstərilən qayğı və dəstəyin təzahürüdür.

Sonda görüş iştirakçıları və tələbələr xatirə şəkli çəkdiriblər.

Son xəbərlər

"Traktor" ilk xalını qazandı

Raket təhlükəsi də Ronaldonu dayandıra bilmədi - 1000-ə nə qaldı?

Məşhur aktrisa təyyarədə aləmi bir-birinə qatdı - Yaralılar var

Bəxt üzlərinə ikinci dəfə güldü - 8 il sonra 4 dollarlıq biletlə 675 min qazandılar - Foto

Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər - Siyahı

Sabiq kansler prezident oldu

Tramp: Moskva Ukraynada nizamlanmaya Kiyevdən daha çox can atır

DTX maşınları qəsdən yandıranları həbs etdi

"Əl-Nəsr"-"Neftçi" oyunu təxirə salındı

Almaniyada robot 16 yaşlı qıza toxundu - Saxlanılanlar var

Fransa neft tankerini ələ keçirdi - Qanunsuz yanacaq daşıyırmış...

“Breaking Bad”in aktyoru evində ölü tapıldı

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO

KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Sən də məni mənim kimi sev görüm - FOTO

Ötən ay boşandığı xanımının toyunda aparıcı oldu - Fotolar

Türkiyəli model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi

Qabyuyan vasitələrlə bağlı XƏBƏRDARLIQ: sağlamlığınıza zərər verə bilər

“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”

Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib - Fotolar

Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır - Tədbirlər görülür

Bu gəncləri siz də tanıyın - Fotolar

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031