Ermənistanın hərbi əməliyyatlarda muzdlu döyüşçülər cəlb etməsi ilə bağlı sənədlər məhkəmədə elan olunub

Oktyabrın 9-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində hərbi əməliyyatlara cəlb edilmiş muzdlu döyüşçülər barədə sənədlər elan olunub.

Məhkəmədə Azərbaycanın müxtəlif dövlət qurumlarından daxil olmuş məxfi qrifli məktublardan çıxarışlar elan edilib.

2020-ci il oktyabrın 24-nə dair sənədə əsasən, Ermənistan 44 günlük müharibə zamanı döyüş meydanında verdiyi itkiləri kompensasiya etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin tərkibinə əcnəbi vətəndaşları cəlb etməyə ciddi səylər göstərib. Xüsusən Ermənistan hökuməti və üçüncü ölkələrdə olan erməni diaspor təşkilatları tərəfindən erməni icmasının üzvlərinə təcili surətdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində gedən döyüşlərə qoşulmaq barədə çağırışlar edilib. Habelə, xarici dövlətlərdə xüsusi bilet satışı kampaniyaları təşkil olunub, toplanış məntəqələri təyin edilib. Nəticə etibarilə Azərbaycanın həmin vaxt Ermənistanın işğalı altında olan ərazilərində gedən hərbi əməliyyatlarda Fransadan, ABŞ-dan, Suriyadan, Rusiya Federasiyasından və digər ölkələrdən olan əcnəbi terrorçu döyüşçülər iştirak edib. Hərbi əməliyyatlara “VoMA” (İrəvan şəhərində fəaliyyət göstərən hərbi təlim mərkəzi), ASALA və digər terrorçu təşkilatlar da cəlb olunublar.

Fransanın Marsel şəhərindən gəlmiş Artur Oqanisyan 2020-ci ildə 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycanın Hadrut və Cəbrayıl rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak edib.

Başqa sənədə əsasən, “ASALA” terror təşkilatının üzvü Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin Azərbaycan ərazisində törətdikləri cinayət əməlləri ilə bağlı cinayət işi başlanılıb.

Daha bir sənədə əsasən, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində Azərbaycan Silahlı Qüvvələrinə qarşı Ermənistan silahlı qüvvələri ilə yanaşı, xarici dövlətlərdən (Suriya, Rusiya Federasiyası, İspaniya, Kanada, Fransa, Yunanıstan, Livan, Yaxın Şərq və Latın Amerikası ölkələrindən) gətirilmiş muzdlular və müxtəlif terror təşkilatlarına üzv olan döyüşçülər də iştirak ediblər. Əvvəllər bu kimi muzdlular Ermənistanın hərbi qulluqçularına əsasən kəşfiyyat, diversiya, terror-təxribat və obyektlərin partladılması ilə bağlı təlimlər keçməyə dəvət olunsalar da, sonra birbaşa döyüşlərdə iştiraka cəlb ediliblər.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Son xəbərlər

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031