Xəbərlər
9.10.2025, 04:11
BMT sülhməramlıların sayını 25 faiz azaltmaq niyyətindədir
BMT maliyyə çatışmazlığı səbəbindən sülhməramlı qüvvələrin sayını təxminən 25 faiz azaltmağı planlaşdırır.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, dünyada həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edən şəxsi heyətin sayı 13-14 min nəfər azaldıla bilər. Bu addım maliyyə vəsaitlərinin çatışmazlığı ilə əlaqələndirilir.
Rəsmi bildirib ki, üzv dövlətlər tərəfindən ödənişlərin gecikdirilməsi və bəzilərinin ümumiyyətlə vəsait ayırmaması BMT-nin fəaliyyətinə ciddi təsir göstərir.
Təşkilatın ən böyük donorlarından biri olan ABŞ da daxil olmaqla, bir neçə ölkə BMT-nin müntəzəm büdcəsinə və sülhməramlı əməliyyatlara ümumilikdə təxminən 3 milyard dollar borcludur. Bunun 1,5 milyard dolları əsas büdcəyə, qalanı isə missiyalarla bağlı xərclərə aiddir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay