Xəbərlər
7.10.2025, 22:50
Kobaxidze: Ölkəmizin siyasi sistemini təkmilləşdirmək üçün xarici agentləri Gürcüstandan çıxarmalıyıq
"Gürcüstanın siyasi sistemini canlandırmaq lazımdır. Bunun üçün əsas vəzifə xarici agentləri və rezidentləri Gürcüstan siyasətindən uzaqlaşdırmaqdır".
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Baş nazir 2028-ci ildə keçiriləcək seçkilərə yeni siyasi spektrlə yanaşılacağına ümid etdiyini bildirib. Hökumət başçısı qeyd edib ki, Gürcüstan siyasətində bir nəfər də olsun xarici agent qalmamalıdır.
"Biz artıq oktyabrın 5-də 2028-ci il parlament seçkilərinə hazırlığa başlamışıq. Biz bütün cəbhələrdə hazırlaşırıq. Ümid edirik ölkəmiz 2028-ci il seçkilərini yenilənmiş siyasi spektrlə qarşılayacaq. Bu vacibdir. Gürcüstan siyasətində artıq heç bir xarici agent olmamalıdır. Gürcüstan siyasətində heç bir xarici agent qalmamalıdır. Biz buna nail olmaq üçün bütün hüquqi vasitələrdən, o cümlədən Konstitusiyadan istifadə edəcəyik. Bu, bizim ən vacib alətlərimizdən biridir", – deyə Kobaxidze vurğulayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay