İrakli Kobaxidze: Bakıda keçirilən yüksək səviyyəli COP29 siyasi baxımdan mühüm və maraqlı idi - FOTO
“Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çox yüksək səviyyədə təşkil olunub. Bu konfrans siyasi baxımdan da mühüm əhəmiyyət kəsb edirdi. Bu konfransında iştirak bizim üçün yeni imkanlar açdı”.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin İctimai Televiziyasına (1tv.ge) müsahibəsində söyləyib.

Baş nazir deyib ki, Bakıda keçirilən COP29 yüksək səviyyəli konfransdır:

“Təbii ki, bu, həm də siyasi baxımdan mühüm və maraqlı idi. Belə format ölkəmizlə bağlı məsələlərdə müxtəlif formatlarda onlarla liderlə danışmağa imkan verir və biz bu imkandan maksimum yararlandıq. Azərbaycan Prezidenti İlham Əliyevlə çox mehriban və məhsuldar görüş keçirdim. Bundan başqa bir çox liderlərlə görüşüb söhbət etmək imkanım oldu. Konfrans bu baxımdan da çox əhəmiyyətli idi”.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizə Gürcüstan üçün ən mühüm çağırışlardan biridir.

“Son bir neçə ildə ölkəmizdə baş vermiş bir sıra ağır təbiət hadisələrini xatırlayırsınız. Təbii ki, bütün bunlar birbaşa iqlim dəyişikliyi və ekoloji baxımdan bütün dünyada müşahidə olunan ümumi tendensiyalarla bağlıdır. Eyni zamanda, ölkəmiz dağlıq regiondu və ona görə də çətinliklərimiz daha böyükdür. Buna görə də, neqativ dəyişikliklərin qarşısını almaq üçün məsuliyyətli davranırıq. İqlim dəyişikliyi ilə bağlı problemlər və s. ilə bağlı bizim konkret hədəflərimiz var. Təbii ki, biz öz mesajlarımızı tərəfdaşlarımızla paylaşmışıq. Bildirmişik ki, Gürcüstanda ətraf mühitin mühafizəsi Konstitusiyada əsas hüquq kimi təmin olunub və Gürcüstan bu baxımdan dünyada nadir ölkələrdəndir. Bundan əlavə, bizim müvafiq tələblərin həyata keçirilməsinə yönəlmiş konkret siyasətimiz var”, - deyə Kobaxidze bildirib.
İrakli Kobaxidze: Bakıda keçirilən yüksək səviyyəli COP29 siyasi baxımdan mühüm və maraqlı idi - FOTO

Son xəbərlər

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930