Hər kəs bir ömür yaşayır. Kiminin həyat yolu hamar, rahat, kiminin isə daşlı-kəsəkli olur. Amma insan elə ömür sürməlidir ki, haqqında ancaq xoş sözlər deyilsin. Fazilə xanım da enişli-yoxuşlu, çətinlik və zəhmətlə dolu bir ömür yaşayır. İşindən zövq alır, zəhməti, bacarığı ilə hörmət qazanmaq istəyir.

Eşitdik ki, 46 il əvvəl Tovuz rayonunun Xatınlı Çilovdarlı kəndində sadə bir ailədə dünyaya göz açan Fazilə Rüstəmovanın oktyabrın 8-də ad günüdür. Onu çoxdan tanıyıram. “Azərbaycan”nəşriyyatına tez-tez gələn Fazilə xanım olduqca maraqlı adamdır. Tanınmış jurnalist, istedadlı qələm sahibi Müşfiq Çobanoğlunun rəhbərlik etdiyi “Şərqin səsi”və “Elm və Təhsil”qəzetlərinin redaksiyasında rastlaşmışıq. Orta məktəbi bitirib M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin reklam üzrə icraçı-rəssam ixtisasına yiyələnib. Ali məktəbi qırmızı diplomla başa vurub. Sonra Tovuz rayon Mədəniyyət evində çalışıb.
Lap uşaqlıqdan poeziyaya, jurnalistikaya meyli, həvəsi olub. Ara-sıra məqalə və şeirlər yazıb. Orta məktəbdə rəsmləri həmişə mükafatlara layiq görülüb, şeirləri ilə yarışmalarda qalib çıxaraq diplomlarla mükafatlandırılıb.
Qeyd etdiyim kimi, F.Rüstəmovanın həyatı ziqzaqlı olub, qarşısına çıxan çətinliklərdən zəkasının, iradəsinin, əməksevərliyinin sayəsində alnıaçıq, üzüağ çıxıb.
Həyat və fəaliyyətini Bakıyla bağlayan Fazilə xanım uzun müddət şəhərimizdə təşkil edilmiş vətənpərvərlik tədbirlərində yaxından iştirak edib. Qazilərlə bağlı təşkil edilmiş tədbirlərdə, idman yarışlarının keçirildiyi məkanlarda xüsusi fəallıq göstərib. Həmin tədbirlərdə çəkdiyi fotoşəkillər iştirak edən hər kəsin zövqünü oxşayıb. Bu səbəbdəndir ki, o, hamının sevimlisinə çevrilib.
İlk dəfədir ki, onun haqqında yazılır. Bir az tərəddüd etdi, amma jurnalistlik təcrübəmdən istifadə edib məqsədimə nail oldum. Qısa tərcümeyi-halı olsa da, həyat təcrübəsi zəngindir. İştirak etdiyim tədbirlərdə onun haqqında xoş sözlərin deyildiyinin şahidi olmuşam. Bütün varlığı ilə ailəsinə bağlı olub. Avıl Əhməd oğlu Rüstəmovu, analarını ehtiramla xatırlayır. Söz düşəndə deyir ki, bütün həyatı, varlığı ailəsinə bağlıdır.
Qadın Tanrıdan sonra ikinci yaradıcı qüvvəyə malik şəxsdir. Qadın atasına qız, anasına həmdəm, qardaşına bacı, sevdiyi şəxsə məhəbbət, övladına anadır. Qadın zəhmətkeşdir, sevgi doludur, bütün ağrısını, acısını gözlərinin dərinliklərində dəfn edib həyata, sevdiyinə, valideyninə, övladına, cəmiyyətə gülümsəməyi bacarandır. Qadın yaşından, bədənindən, qüvvəsindən qat-qat ağır yükün öhdəsindən sevdiklərinin xətrinə dodaqlarındakı təbəssümü ilə gələn fədakardır. Qadın "kipriyi ilə od götürüb, saçlarını süpürgə etməyi" bacarandır. Fazilə Avdıl qızı Rüstəmova da məhz belə qadınlardandır.
Bu cür tanıdıqdan sonra bir daha əmin olduq ki, fədakar və zəhmətkeş Azərbaycan qadınları bacarıqları ilə cəmiyyətimizin inkişafına da əvəzolunmaz töhfələr verirlər. Vətənimizin çiçəklənməsi üçün yorulmadan çalışırlar.
Sonda isə səbəbkarımızı – Fazilə xanımı ad günü münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, xoşbxətlik və yaradıcılıq uğurları arzulayırıq.

GÖZƏLLİKDƏ BİR DƏNƏSƏN, AY AYTƏN!

(İstedadlı yazar, kövrək duyğulu, incə qəlbli, təvazökar, qayğıkeş, mehriban və səmimi insan Aytən xanım Tovuzluya)

Vallah bu gözəllik ilahidəndi,
Gör harda qurmusan taxtı, ay Aytən!
Demə bu sevdaya düşdüm nədəndi,
Bu da bir qismətdi, baxtdı, ay Allah!
Gözəllikdə bir dənəsən, ay Aytən,
Ad günün mübarək olsun, ay Aytən.

Bu nalə çox qədim çağdanmı gəlir,
Çoxdanmı ucalıb, çoxdanmı gəlir,
Saf nəfəs, xoş əməl haqdanmı gəlir,
Yalnız haqdan gələn haqdı, ay Allah!
Gözəllikdə bir dənəsən, ay Aytən,
Ad günün mübarək olsun, ay Aytən.

Kimi qəhr edirsən, fələk, sən kimi,
Məzlum tapammadın deyən mən kimi.
Ceyran gözlərini süzdürən kimi,
Nur olub, qəlbimə axdı, ay Allah!
Gözəllikdə bir dənəsən, ay Aytən,
Ad günün mübarək olsun, ay Aytən.

Heç məhəl qoymadım ulduz falına,
Xoş ümidlə çıxdım sevda yoluna.
Bəlkə rəhm elədi Rəbbim quluna,
Bəlkə bəndəsinə baxdı, ay Allah?!
Gözəllikdə bir dənəsən, ay Aytən,
Ad günün mübarək olsun, ay Aytən.

Duydum bir hikməti, anladım, aha!...
Duyan tək tapındım ulu Allaha.
Hicrində taqətim qalmadı daha,
Allah kömək olsun sənə, ay Aytən!
Gözəllikdə bir dənəsən, ay Aytən,
Ad günün mübarək olsun, ay Aytən.


Daşdəmir ƏJDƏROĞLU,
jurnalist






Son xəbərlər

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930