Xəbərlər
1.10.2025, 14:27
ÜRƏYİM - FOTO
Əzizə Ağahüseynqızı,
şairə
şairə
Dedilər dünya ürek günüdür.. bir şeir də məndən olsun ürəkli insanlara..
Səni çox yüklədim qayğılarımla,
Dərdimlə bağrıdaş olan ürəyim.
İnciyib küsəndə doğmadan, yaddan,
Buludtək qaralıb, dolan ürəyim.
Nədir baxışında boranlar, qışlar,
Nədir gözlərindən yağan yağışlar,
Nələri andırır incik baxışlar?
Könlümə od salıb, solan ürəyim.
Neçə dərd yaşadın, neçə qəm aşdın,
Kukrədin Araztək, Kür kimi coşdun.
Hər zaman qolunu yoluma açdın,
Ağrılar içində talan ürəyim.
Dərdimlə bağrıdaş olan ürəyim.
İnciyib küsəndə doğmadan, yaddan,
Buludtək qaralıb, dolan ürəyim.
Nədir baxışında boranlar, qışlar,
Nədir gözlərindən yağan yağışlar,
Nələri andırır incik baxışlar?
Könlümə od salıb, solan ürəyim.
Neçə dərd yaşadın, neçə qəm aşdın,
Kukrədin Araztək, Kür kimi coşdun.
Hər zaman qolunu yoluma açdın,
Ağrılar içində talan ürəyim.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




