PÜSTƏ RƏVAN: ÜREYİM  (poema) - FOTO
ÜREYİM

(poema)

Həyatda səndən başqa,
bir kimsəm varmı mənim?
Aldatsam səni əgər,
ruhuma olum qənim.
İndidən tezdir hələ,
biçilməsin kəfənim.
Qamış mənim boyuma,
de yaraşar ürəyim?

Sözümdə hər misramda,
Onun döyüntüsü var,
Mən qocalsam da şeirim,
hər zaman cavan qalar.
Güc diləyib Tanrıdan,
torpaqdan qüvvət alar.
Güllü yamacı keçib,
dağ dırmaşa ürəyim!

Babalar yaxşı deyib,
gön üstə ət doğranar.
Qıyma mənim qapımda,
qara yaylıq bağlanar.
Düşmənimi güldürmə,
dostun bağrı dağlanar.
Gün tək parla şəfəq saç,
al qamaşa ürəyim!

Yar olmur bivəfadan,
hər yetən naşıdan dost.
Həmdəm seçib səni yar,
söylədim şəninə tost.
Neyləyim gedirsən get,
bunca etmə daha qəsd,
Gələrək düz söz-sözə,
yol yollaşam ürəyim!

Bağışla incitmişəm,
gel belə qisas alma.
Sızıldayıb, ağlayıb,
marşını matəm çalma,
Əzabdayam onsusda,
yatağa bir də salma.
Qalmayıb etibar da,
heç kimə də ürəyim!

Kəlmə-kəlmə sözlərim,
bu ağrına ağlayır,
Havadar tək sözlərim,
bərk səni qucaqlayır.
Kösöv olub sözlərim,
qəlbdə ocaq qalayır.
Sözləri ilə müdrik,
salamlaşa ürəyim!

Düzgünlüyün saflığın,
başımın olub tacı,
Doğru söylə yenədə,
gerçək olsa da acı.
Ağrını ram etməkçün,
denən nədir əlacı?
Oxşar fikrim qarışıq,
qar-yağışa ürəyim!

İntizarda qoyma çox,
səndən şübhə eyləyim.
Həyatdan doymamışam,
həqiqəti söyləyim.
Sevgi oyat qəlbimdə,
sənə budur diləyim.
Bəsdir mənə söyləyib,
kaş dalaşa ürəyim!


PÜSTƏ RƏVAN
(ardı var)
12. 03. 2023

PÜSTƏ RƏVAN: ÜREYİM  (poema) - FOTO
PÜSTƏ RƏVAN: ÜREYİM  (poema) - FOTO

Son xəbərlər

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

Qeysəriyyə əməliyyatından halı pisləşən 31 yaşlı qadın öldü

“Moskva bizi sınağa çəkir”

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

"Veliaht"dan sonra bu seriala çəkilir - FOTO

Kipr Latviyaya qalib gəldi

İlon Mask yenidən trilyonçu oldu

Ruhun Poeziyası: Püstə Sahibqızının Yaradıcılıq Cığırı

MÜƏLLİM – GƏLƏCƏYİ YETİŞDİRƏN BÖYÜK MİSSİYANIN DAŞIYICISI

TƏNHA ÇİNARIN NAĞILI

İlham Əliyevə dil uzadanlar bilməlidir ki... - Asəf Rzayev

1 ilə 20 kiloqram arıqladı - Foto

“Altın çocuk” 90 yaşında vəfat etdi

30 ildən 44 günə... - Fotolar

Yapon uzun ömürlülərinin sayı 100 min nəfəri keçib - sirri nədir?

Hər gün kitab oxuyan insanlarda bu 5 xüsusiyyət inkişaf edə bilər

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Məktəbin ruhuna çevrilən rəhbər – Rübabə Dadaşovanın səmimi təhsil yolu

Daşdəmir Əjdəroğlu : BİR KÖNÜL SINDIRMIŞAM...

"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı "Şahənşah" restoranında keçirildi - FOTOLAR

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB

Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib

Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH

Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031