Bakı Mühəndislik Universitetində (BMU) 27 Sentyabr - Anım Gününün beşinci ildönümünə həsr olunan konfrans keçirilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tədbirdən öncə şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, ardınca dövlət himni səsləndirilib.

Zəfər yolu tarixi ilə bağlı videoçarx izlənildikdən sonra çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabrın doğma torpaqlar uğrunda canlarını qurban verən Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edildiyini bildirib. 5 il öncə başlayan və 44 gün davam edən müharibənin səbəbləri, uğurlu nəticələri həmçinin 2023-cü ilin sentyabrında Ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpa olunmasını diqqətə çatdıran rektor bu möhtəşəm zəfərin şəhidlərin qanı, qazilərin cəsurluğu, xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qazanıldığını deyib.

Rektor bildirib ki, bu gün Prezident İlham Əliyev azad edilmiş ərazilərə davamlı səfərləri ilə həm sevincini xalqla bölüşür, həm də Azərbaycanın məhz öz iqtisadi imkanları sayəsində Qarabağ və Şərqi Zəngəzuru tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Çıxışının sonunda şəhidlərimizin əziz xatirəsinin daim ürəklərdə yaşayacağını, onların göstərdiyi misilsiz igidliklərin gələcək nəsillər üçün örnək olacağını deyən rektor tələbələrə tövsiyələrini çatdırıb.

Sonra tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, BMU-nun I kurs tələbəsi, 19 yaşında Azərbaycanın ən ali hərbi təltifi-Vətən Müharibəsi Qəhrəmanı adını almış Azər Abdullazadə və professor, tarix üzrə elmlər doktoru Şikar Qasımov çıxış ediblər.

Tədbirin sonunda şəhid Ziyəddin Rəşidovun atası Arzu Rəşidov 60 illik yubileyi münasibətilə təbrik olunub və universitetdə təhsil alan şəhid ailələrinin üzvləri ilə xatirə fotosu çəkdirilib.





Son xəbərlər

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930