Bu gündən başlayaraq Laçın rayonunun Zabux kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanılır.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən APA-ya verilən məklumata görə, Zabux kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi oktyabrın 25-i günün sonunadək davam edəcək.

Zabux kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə dəmyə (suvarılmayan) ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə dəmyə ərazilər üçün xarakterik olan buğda, arpa, noxud, kartof, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarının əkilməsi nəzərdə tutulur.

Zabux kəndinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:


- EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq);

- Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Zabux” seçməklə ərizə formasını doldurmaq;

- Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Zabux kəndinin olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması oktyabrın sonu-noyabrın əvvəlində baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yem bitkiləri üçün 2 il, təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Son xəbərlər

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930