Xəbərlər
19.09.2025, 00:43
Roma Papası BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə qlobal böhranları müzakirə edib
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüşdə məcburi miqrasiya, müharibə qurbanlarının faciəli taleyi, münaqişə zonalarında dağıdılmış ərazilərdəki vəziyyətlər əsas müzakirə mövzuları olub. Eyni zamanda, insanların həyatı və onların tam yaşamaq hüququ, müharibə zorakılığı və bunun mülki əhaliyə dağıdıcı təsiri kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Söhbət zamanı, həmçinin beynəlxalq humanitar hüququn dramatik vəziyyəti vurğulanıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay