Yupiter Günəş sisteminin təkcə ən böyük planeti deyil, həm də sutkalıq fırlanma sürətinə görə ən sürətlisidir. Ekvatorda fırlanma dövrü 9 saat 50 dəqiqə, orta enliklərdə isə 9 saat 55 dəqiqədir. Sürətli fırlanma səbəbindən Yupiterin ekvatorial radiusu qütb radiusundan böyükdür.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yüksək fırlanma sürətinə görə Yupiterin forması mükəmməl dairəvi deyil. Planet qütblərdə yastı, ekvatorda isə şişkin vəziyyətdədir. Bu formaya “yastı sferoid” deyilir. Əvvəllər cihazlar qaz nəhənginin formasını dəqiq ölçə bilmədiyindən, alimlər yalnız onun ölçüləri barədə təxmini təsəvvürə malik idilər.

Yupiterin ölçülərini dəqiq müəyyənləşdirməkdə əsas çətinlik ondadır ki, onun sərt səthi yoxdur. Planet əsasən qazlardan ibarətdir. Astronomlar sərhədlərin müəyyənləşdirilməsi üçün qaz təzyiqinin səviyyəsini əsas götürürlər. Bu məqsədlə şərti ölçü nöqtəsi qəbul olunub. Bu nöqtə atmosfer təzyiqinin bir bar olduğu səviyyədəki radiusdur.

Son dövrlərə qədər Yupiterin forması barədə ən dəqiq məlumatlar NASA-nın “Voyager” və “Pioner” missiyalarının nəticələrinə əsaslanırdı. Zondlar radiosiqnallarla altı ölçmə aparmış, daha sonra Yupiterin atmosferindən keçən radiosiqnalları Yerə göndərmişdi. Alimlər dalğaların qaz qatından keçdikdən sonra necə dəyişdiyini təhlil edərək müxtəlif hündürlüklərdə təzyiqi hesablamışdılar. Bu ölçmələrin xətası dörd kilometrə qədər çatırdı və Yupiterin müxtəlif enliklərində fərqli sürətlə əsən güclü küləklərin təsiri nəzərə alınmırdı.

2016-cı ildə NASA-nın yeni tədqiqat aparatı olan “Yunona” Yupiterin orbitinə çıxarıldı. Onun cihazları qırx il əvvəl işləyən alətlərlə müqayisədə dəfələrlə həssasdır. İsrailin Veytsman İnstitutundan Eli Qalantinin rəhbərliyi ilə beynəlxalq astronomlar qrupu yeni ölçmələr apardı. “Yunona”nın köməyi ilə onlar 13 radiosiqnal seansı həyata keçirərək nəticələri planetdə müşahidə olunan külək sürətləri ilə tutuşdurdular və bununla da qaz nəhənginin daha dəqiq ölçülərini əldə etdilər.

Nəticədə Yupiterin diametri orta hesabla təxminən səkkiz kilometr dəyişdi. Ən çox “kiçilmə” qütb bölgələrində müşahidə olundu, ekvatorial radius isə cəmi dörd kilometr azaldı. Bu isə planeti daha da yastı etdi.

Alimlər yalnız radiodalğaları analiz etməklə kifayətlənməyiblər. Onlar ilk dəfə olaraq radiosiqnallarla əldə olunan hesablamalarına məlum zonal küləklərin sürətini də daxil ediblər. Bu, indiyə qədər Yupiterin ən dəqiq formasını müəyyənləşdirməyə imkan verib.

Yeni məlumatlara görə, bir bar təzyiq səviyyəsində Yupiterin ekvatorial diametri təqribən 142 984 kilometr, qütb diametri isə 133 708 kilometr təşkil edir. 9276 kilometrlik fərq (təxminən yeddi faiz) planetin nə dərəcədə yastı olduğunu açıq şəkildə göstərir: sürətli fırlanma maddəni ekvatora doğru “çıxarır” və Yupiterin sərt səthi olmadığından, onun örtükləri Yer tipli planetlərə nisbətən daha güclü deformasiyaya uğrayır.

Yeni nəticələr Yupiterin dərinliklərində gizlənən sirlərin açılmasında əsas rol oynayır. Onlar mühüm nəzəriyyəni təsdiqləyib. Belə ki, atmosferin yuxarı qatlarında müşahidə olunan küləklərin istiqaməti və xüsusiyyətləri ən azı radiodalğaların “yoxlaya” bildiyi səviyyələrə qədər demək olar ki, dəyişmir.

Yeni məlumatlar göstərib ki, Yupiterin atmosferində əvvəl hesab ediləndən daha çox ağır element var və atmosferi gözlənildiyindən daha soyuqdur. Bu kəşf nəzəri temperatur modelləri ilə “Voyager” zondlarının ölçmələri arasındakı uyğunsuzluqları izah etməyə imkan verib.

Nəticələr Helsinkidə keçirilən “Europlanet Science Congress” konfransında təqdim olunub.

Son xəbərlər

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930