Fakültə dekanı Məsim Abadov: “Beş ildir ki, ad günümlə üst-üstə düşən Zəfər bayramında sanki cavanlaşdığımı hiss edirəm”

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış, torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin suverenliyinin bərpası ilə nəticələnən, haqlı olaraq Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ savaşında Qələbə igidlərimizin şücaəti, şəhidlərimizin canı, qazilərimizn qanı bahasına qazanıldı. Şəhidlik zirvəsinə ucalan gənclərimizin qeyrətə tapınmasında, silaha sarılmasında əlbəttə ki, onlara tərbiyə verən valideynləri ilə birlikdə onlara vətənpərvərlik hissləri aşılayan orta və ali məktəb müəllimlərinin rolu böyükdür. Bütövlükdə cəmiyyətdə sağlam vətəndaşların formalaşmağında ailə tərbiyəsi ilə yanaşı, uşaq bağçasından tutmuş məktəblər də özünəməxsus funksiya yerinə yetirir. Bir növ bu təsisatların vəhdəti sayəsində tərbiyə işi aparılır.

Respublikamızın aparıcı ali təhsil müəssisələrindən olan Gəncə Dövlət Universitetinin məzunları sırasından da Vətən müharibəsində iştirak etmiş, şəhid olmuş gənclər vardır. Onlardan ikisi Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin məzunları olmuş şəhid Hikmət Məmmədov və şəhid Orxan Cümşüdovdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Orxan Cümşüdov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları, Goranboy rayonunun Buzqulaq kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş şəhid Hikmət Məmmədov isə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişlər.

Universitet rəhbərliyi şəhid məzunların xatirəsini əziz saxlayır. İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dоsеnt Məsim Abadov müharibədən sonrakı beş ildə vaxtaşırı olaraq tələbələri ilə birlikdə şəhidlərin yaxınlarını ziyarət edir. Məsim müəllimin təşkilatçılığı ilə Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində şəhid Hikmət Məmmədov və şəhid Orxan Cümşüdov adına auditoriyalar açılıb. Auditoriyalarda yaradılan fotostend vasitəsi ilə hazırki tələbələr şəhidlərin keçdikləri həyat yolunu öyrənə bilirlər.

Arayış:

Abadov Məsim Kazım оğlu 8 noyabr 1966-cı ildə Xaçmaz şəhərində аnаdаn оlub.

1968-1974-cü illərdə Ucar şəhəri 4 saylı, 1974-1978-ci illərdə Qazax şəhər 1 saylı orta məktəbində oxuyub. 1978-1986-cı illərdə «Qida məhsullarının texnologiyası» iхtisаsı üzrə Azərbaycan Tехnоlоgiyа İnstitutunda axşam şöbəsində təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.

1979-1989-cu illərdə Gəncə Yağ – Piy коmbinаtındа növbə rəisi, baş texnoloq və istehsalat rəisi vəzifələrində çalışıb. 1989-2017-ci illər Azərbaycan Texnologiya Universitetində çalışıb. Universitetdə tədris şöbəsində inspektor vəzifəsində işə başlayaraq, qısa müddət ərzində «Qida istehsalının prosesləri və aparatları» kafedrasında müsаbiqə yоlu ilə аssistеnt, baş müəllim, dosent seçilib, «Qida məhsullarının texnologiyası və turizm» kafedrasının müdiri, «Qida məhsullarının texnologiyası və Turizm» fakültəsinin dekanı vəzifələrində işləyib.

2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən Gürcüstan Respublikası Biokimya və Biotexnologiya Elmi Tədqiqat İnstitutuna göndərilib və orada müvəffəqiyyətlə müdafiə edərək, biologiya еlmləri nаmizədi еlmi dərəcəsini аlıb.

M.K.Abadov 2005-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən keçirilən müsabiqənin laureati seçilmiş, “XXI əsrin tanınmış ziyalısı” Beynəlxalq Diplomuna layiq görülmüş və “XXI əsr Azərbaycan ziyalıları” ensiklopedik kitabında haqqında bioqrafik məlumat verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifləri ilə “Turizm məhsulunun tərtibi texnologiyası” (2011), “Azərbaycan turizmi və onun inkişaf problemləri” (2014), İqtisadiyyat ixtisası üçün hazırlanmış “İstehsalın texnoloji əsasları” (2017) və daha bir neçə dərs vəsaitinin müəllifidir. 2018-ci ildən Gəncə Dövlət Universitetinin İdarəetmə kafedrasının dosentidir. 2022-ci ildə İqtisadiyyat və idarəetmə fakültəsinin Dekanı vəzifəsinə seçilmişdir.

Dosent M.K.Abadov 100-dən artıq еlmi-mеtоdiк əsərin, о cümlədən 1 iхtirа, 9 dərs vəsaiti, 1 dərsliyin müəllifidir.

Ailəlidir. Üç oğlu və bir nəvəsi var.

Tərcümeyi-halından göründüyü kimi, Zəfər bayramı Məsim Abadovun təvəllüd gününə təsadüf edib. Özü də fərəhlə vurğulayır ki, artıq beş ildir ki, ad gününü məhz Zəfər ab-havası ilə qeyd edir: “Belə bir stereotip var ki, orta yaş həddini adlayandan sonra hər il ad günü adama qocaldığını, ömür budağından bir yarpaq da düşdüyünü xatırladır. Amma 2020-ci ildən bu yana mən ad günümdə əksinə, sanki cavanlaşdığımı hiss edirəm. Həmin gün məni ikiqat təbrik edirlər. Bu məmnunluq doğuran duyğunu, Zəfər sevincini bizə Şəhidlərimiz yaşatdılar canlarını fəda edərək. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə düşməmni məğlub etdi. Yaxşı deyirlər ki, möhtərəm Prezidentimiz müharibəni qazandığı kimi, indi də sülhü qazanmaqdadır”.

Hamımız istəyirik ki, dünyada, eləcə də bizim Qafqaz regionunda əbədi sülh bərqərar olsun, müharibələrə birdəfəlik son qoyulsun, gənclərimiz, o cümlədən Gəncə Dövlət Universitetinin məzunları ali məktəbdə yiyələndikləri ixtisas bilgilərini, Məsim Abadov və digər müəllimlərindən öyrəndikləri təcrübəni dinc quruculuq işlərinə sərf etsinlər.

Pünhan Şükür

Son xəbərlər

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

NƏSİB MÜƏLLİM, SİZ DƏ MƏNƏ SÜRPRİZ ETDİNİZ

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930