
Xəbərlər
10.09.2025, 22:23
QIZBƏS QƏBƏLƏ : XOŞ SƏHƏR ARZULARIM - FOTO
İlahi, nə gözəl səhər açılır,
Xoş, incə nəfəsli bir meh də əsir.
İnsan ruhunu oxşayır necə,
- Gün aydın - deməyə sanki tələsir.
Həyat nə gözəldir, yaşamaq şirin,
Kaş qəmsiz, kədərsiz olaydı həyat.
Beləcə hər yana nur çilənəydi,
Nura qərq olaydı bütün kainat.
Xoşbəxtlik saçaydı günəş göylərdə,
Buludlar kövrəlib ağlamayaydı.
Öz əlvan , sayrışan şəfəqləriylə,.
Günəş ömrümüzə işəfəq yayaydı.
Nə ağrı olaydı, nə də bir acı,
Kimsənin qəddini dərd əyməyəydi.
Ayrılıq, ölümü silib dünyadan,
Həyat əbədidir - Tanrı deyəydi.
Sussun ölüm saçan odlu silahlar,
Dünya diksinməsin mərmi səsindən,
Birdə çəkilməsin nalələr, ahlar,
Yox olsun savaşlar Yer kürəsindən.
Xoş, incə nəfəsli bir meh də əsir.
İnsan ruhunu oxşayır necə,
- Gün aydın - deməyə sanki tələsir.
Həyat nə gözəldir, yaşamaq şirin,
Kaş qəmsiz, kədərsiz olaydı həyat.
Beləcə hər yana nur çilənəydi,
Nura qərq olaydı bütün kainat.
Xoşbəxtlik saçaydı günəş göylərdə,
Buludlar kövrəlib ağlamayaydı.
Öz əlvan , sayrışan şəfəqləriylə,.
Günəş ömrümüzə işəfəq yayaydı.
Nə ağrı olaydı, nə də bir acı,
Kimsənin qəddini dərd əyməyəydi.
Ayrılıq, ölümü silib dünyadan,
Həyat əbədidir - Tanrı deyəydi.
Sussun ölüm saçan odlu silahlar,
Dünya diksinməsin mərmi səsindən,
Birdə çəkilməsin nalələr, ahlar,
Yox olsun savaşlar Yer kürəsindən.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











