
Xəbərlər
24.04.2025, 22:24
QIZBƏS QƏBƏLƏ : NƏ GÖZƏLDİR YAZ GÜNÜ - FOTO
NƏ GÖZƏLDİR YAZ GÜNÜ
Nə gözəldir yaz günü,
Könlüm açıldı mənim.
Ürəyimə, ruhuma,
Şəfəq saçıldı mənim.
Günəş göylərdən baxıb,
Üzümə gülümsəyir.
- Qoy bu şəfəqlər axıb,
Qəlbinə dolsun - deyir.
Bürüyübdür hər yanı,
Çəmən, çiçək qoxusu.
Quşlar açıbdır danı,
Qaçıb çoxdan yuxusu.
Uçuşurlar fərəhlə,
Qaranquşlar səmada.
Buludlar da var hələ,
Göylər aydın olsa da.
Kaş həmişə dünyaya,
Bahar ətri dolaydı,
Göy üzü aydın, təmiz,
Al şəfəqli olaydı.
Könlüm açıldı mənim.
Ürəyimə, ruhuma,
Şəfəq saçıldı mənim.
Günəş göylərdən baxıb,
Üzümə gülümsəyir.
- Qoy bu şəfəqlər axıb,
Qəlbinə dolsun - deyir.
Bürüyübdür hər yanı,
Çəmən, çiçək qoxusu.
Quşlar açıbdır danı,
Qaçıb çoxdan yuxusu.
Uçuşurlar fərəhlə,
Qaranquşlar səmada.
Buludlar da var hələ,
Göylər aydın olsa da.
Kaş həmişə dünyaya,
Bahar ətri dolaydı,
Göy üzü aydın, təmiz,
Al şəfəqli olaydı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











