Xəbərlər
19.01.2025, 19:34
QIZBƏS QƏBƏLƏ : LALƏLİ ÇƏMƏNLƏRƏ BƏNZƏYƏN BAYRAĞIMIZ - FOTO
LALƏLİ ÇƏMƏNLƏRƏ BƏNZƏYƏN BAYRAĞIMIZ
Vətənin düzlərindən alıbdı öz rəngini,
Ürəkləri fəth edən Azərbaycan bayrağı!
Günəş şəfəqləriylə bəzəyibdi əksini,
Qəlblərə fərəh verir Ana yurdun bu çağı.
Füsunkar gözəlliyi gör,nə gözəl yaraşır,
Rəngbərəng cilvələnir,al qırmızı,göy,yaşıl,
Görüb bu gözəlliyi,sevincim aşıb-daşır,
Qoy düşmənim çatlasın,qəhr olsun baxıb,yağı.
Aydın səma,göy çəmən,nazlanan ağ buludlar,
Üç rəngli bayrağıma necə həmdəm olublar.
Ulu Tanrım hər zaman,xalqımıza olsun yar,
Bir də heç vaxt dönməsin bu torpağın növrağı!

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay