Xəbərlər
3.09.2022, 00:57
QIZBƏS QƏBƏLƏ - BU GÜNÜNƏ KÖKLƏN
BU GÜNÜNƏ KÖKLƏN
Bu gün, bu gününə köklən,
Bu gün, bu gün ilə yüklən,
Bu gününü sev, böyüklən.
Vaxtını itirmə hədər.
Keçmişini tərk elə sən,
Bu gününə ərk elə sən,
Gələcəyi dərk eləsən,
Yaradana da xoş gedər.
Nə keçmişdə ilişib qal,
Nə gələcəyə meyil sal,
Sən bu gündən kamını al,
Gözəllik var gör nə qədər.
QIZBƏS QƏBƏLƏ
Bu gün, bu gününə köklən,
Bu gün, bu gün ilə yüklən,
Bu gününü sev, böyüklən.
Vaxtını itirmə hədər.
Keçmişini tərk elə sən,
Bu gününə ərk elə sən,
Gələcəyi dərk eləsən,
Yaradana da xoş gedər.
Nə keçmişdə ilişib qal,
Nə gələcəyə meyil sal,
Sən bu gündən kamını al,
Gözəllik var gör nə qədər.
QIZBƏS QƏBƏLƏ
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










