
Xəbərlər
18.02.2022, 20:33
QIZBƏS QƏBƏLƏ - HİKMƏT
HİKMƏT
Bu dünya başdan - başa ,
Bir hikmətdir, ibrətdir.
Gördüyümüz nə varsa,
Hikmətdən ibarətdir.
Başına gələnləri,
Gərək ibrət sanasan .
Çalışb, anlaylb da ,
O, hikməti qanasan .
Etdiyin hər yaxşılıq,
Özünə qayıdacaq.
Eylədiyin pislik də
Öz qismətin olacaq.
Köməksizə əl tutsan,
Sənə əl tutulacaq.
Dogmaları unutsan,
Övladlar unudacaq.
Cavan yaşda öyünmə,
Canım suludur deyə.
Qocalarsan, düşərsən,
Kimsə yetməz köməyə.
Yetimin , imkansızın,
Yanında qürrələnmə.
İlahı ədalətlə,
Bir gün özün dilənmə..
Sən nə ilə öyünsən,
Dadacaqsan əksini,
Bir gün məzar daşında ,
Görəcəksən əksini...
Bu dünya başdan - başa ,
Bir hikmətdir, ibrətdir.
Gördüyümüz nə varsa,
Hikmətdən ibarətdir.
Başına gələnləri,
Gərək ibrət sanasan .
Çalışb, anlaylb da ,
O, hikməti qanasan .
Etdiyin hər yaxşılıq,
Özünə qayıdacaq.
Eylədiyin pislik də
Öz qismətin olacaq.
Köməksizə əl tutsan,
Sənə əl tutulacaq.
Dogmaları unutsan,
Övladlar unudacaq.
Cavan yaşda öyünmə,
Canım suludur deyə.
Qocalarsan, düşərsən,
Kimsə yetməz köməyə.
Yetimin , imkansızın,
Yanında qürrələnmə.
İlahı ədalətlə,
Bir gün özün dilənmə..
Sən nə ilə öyünsən,
Dadacaqsan əksini,
Bir gün məzar daşında ,
Görəcəksən əksini...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










