
Xəbərlər
16.01.2022, 21:11
QIZBƏS QƏBƏLƏ - SÖZÜN BİTDİYİ YERDİ.
SÖZÜN BİTDİYİ YERDİ.
( Hər gün neçə ana, şəhid anasına çevrilir.)
Gündə neçə kərə ölüb - dirilir,
Şəhid anasına virandı dünya.
Gördüyü əsgəri balası bilir,,
Fəqət ümidləri qırandı, dünya.
Nə sonu görünür, nə nəhayəti,
Nədir düşmənimin fikri, niyyəti ?
Hər gün yaşayırıq biz qiyaməti
Tufandı, çovgundu, borandı, dünya.
Gör neçə ananın ürəyi yanır,
Ogullar döyüşdə hey yaralanır,
Vətən ,, Şəhidlərin Yurdu" adlanır,
Gözümdə qaralıb, torandı dünya.
Vallah mat qalmışam mən bu illətə,
Düşmən hiylə torun hörür millətə.
Necə dözsün ürək bunca zillətə?
Heç bunu sorusub, sorandı dünya ??!
QIZBƏS QƏBƏLƏ
( Hər gün neçə ana, şəhid anasına çevrilir.)
Gündə neçə kərə ölüb - dirilir,
Şəhid anasına virandı dünya.
Gördüyü əsgəri balası bilir,,
Fəqət ümidləri qırandı, dünya.
Nə sonu görünür, nə nəhayəti,
Nədir düşmənimin fikri, niyyəti ?
Hər gün yaşayırıq biz qiyaməti
Tufandı, çovgundu, borandı, dünya.
Gör neçə ananın ürəyi yanır,
Ogullar döyüşdə hey yaralanır,
Vətən ,, Şəhidlərin Yurdu" adlanır,
Gözümdə qaralıb, torandı dünya.
Vallah mat qalmışam mən bu illətə,
Düşmən hiylə torun hörür millətə.
Necə dözsün ürək bunca zillətə?
Heç bunu sorusub, sorandı dünya ??!
QIZBƏS QƏBƏLƏ
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










