
Xəbərlər
11.12.2021, 01:34
Cümşüd Aydəmirov - Taleyindən küsən qadın
Taleyindən küsən qadın
Üz gözündən tərki dünya,
Görünüşü yazıq qadın.
Bir ruhsan başdan ayağa,
Taleyindən küsən qadın.
Çiyinlərin lap bükülü,
Necə çəkirsən bu yükü?
Qulac toxunan hörüyü,
Ağardıb, unudan qadın!
Hanı o lalə yanaqlar?
Ay parası qara qaşlar?
Canlar alan bal dodaqlar?
Keçmişində qalan qadın!
Şaqraq gülüşün hanı?
Vurğun baxışın hanı?
Hanı,söylə özün hanı?
Səsiylə tanınan qadın!
Keçmişindən gileylənmə!
"Mən bəxtiqara"söyləmə!
Günahı özgədə görmə!
Günah özündədir ,qadın.
Bu gününü özün yazdın,
Xoş gününə qəbir qazdın,
Təkliyinlə tənha qaldın,
Özündən bədgüman qadın.
Üz gözündən tərki -dünya,
Görünüşü yazıq qadın.
Bir ruhsan başdan ayağa,
Taleyindən küsən qadın.
Cümşüd Aydəmirov,
Xudat. 9.12.2021
Üz gözündən tərki dünya,
Görünüşü yazıq qadın.
Bir ruhsan başdan ayağa,
Taleyindən küsən qadın.
Çiyinlərin lap bükülü,
Necə çəkirsən bu yükü?
Qulac toxunan hörüyü,
Ağardıb, unudan qadın!
Hanı o lalə yanaqlar?
Ay parası qara qaşlar?
Canlar alan bal dodaqlar?
Keçmişində qalan qadın!
Şaqraq gülüşün hanı?
Vurğun baxışın hanı?
Hanı,söylə özün hanı?
Səsiylə tanınan qadın!
Keçmişindən gileylənmə!
"Mən bəxtiqara"söyləmə!
Günahı özgədə görmə!
Günah özündədir ,qadın.
Bu gününü özün yazdın,
Xoş gününə qəbir qazdın,
Təkliyinlə tənha qaldın,
Özündən bədgüman qadın.
Üz gözündən tərki -dünya,
Görünüşü yazıq qadın.
Bir ruhsan başdan ayağa,
Taleyindən küsən qadın.
Cümşüd Aydəmirov,
Xudat. 9.12.2021
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








