Xankəndidə keçirilən Diaspor Gənclərinin Vl Yay Düşərgəsinin növbəti panelində şəhid ailələri və Qarabağ fatehləri ilə görüş olub.

"Turaztv.az" "Unikal" -a istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayılın moderatorluğu ilə baş tutan panelin fəxri qonağı Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Sevinc Orucova olub. Paneldə şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Məmmədova, şəhid mayor Sənan Qasımovun anası Dürdanə Qasımova, şəhid MAXE Xəqani Nəsirovun atası Kamran Nəsirov, şəhid əsgər Fərhad Fərhadlının anası Gülümnaz Fəhrədova və Qarabağ fatehləri iştirak ediblər.

Görüş Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.

Sevinc Orucova çıxışında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhid və qazilərimizin xalqın milli birliyinin və dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda önəmli missiya yerinə yetirdiyini söyləyib. Azərbaycan dövlətinin şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edib, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Panel zamanı şəhid valideynləri övladlarının xatirələrini bölüşüb, Qarabağ fatehləri isə keçdikləri döyüş yolundan danışıblar. Dünyanın müxtəlif ölkələrindən düşərgəyə qatılan soydaşlarımızı azad Xankəndidə görməyin onlar üçün qürurverici olduğunu vurğulayıblar. Şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizin çıxışları gənclərdə böyük qürur hissi yaradıb. Onlar bir çox məqamlarda göz yaşlarına hakim ola bilməyiblər. Özbəkistandan olan iştirakçı Xulkaroy Racapovanın şəhidlərə həsr olunan şeiri səsləndirməsi böyük rəğbətlə qarşılanıb.

Gənclər düşərgənin Xankəndidə təşkilinə görə Azərbaycan dövlətinə sonsuz təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.









Son xəbərlər

Alıcan İsgəndərli : DANIŞIĞI BİTİRDİ - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib - Foto

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi (FOTO)

Maaşı artırıldı, serialdan ayrılığı qısa çəkdi - FOTO

Hicran Fuad Əhmədli : Gecənin Gözləri - FOTO

"Delikanlı"dan sonra bu seriala çəkilir - FOTO

Yazıçı-publisist Nəhayət Şirinovanın Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş növbəti "Mehrab Dastanı" adlı kitabı işıq üzü görüb - FOTOLAR

Zöhrə Qaraqızı : HƏR YAZILAN SEİR OLMAZ - FOTO

MÜZƏFFƏR MİLLİ ORDUMUZ (26 İyun - Silahlı Qüvvələr Günü)

"Gassal"ın aktrisası yeni layihədə - FOTO

Bella və Giginin anası 62 yaşında evlilik təklifi aldı

Selin Dionun vətəni “Avroviziya”da iştirak hüququ qazandı

Məşhur “gəlin-qayınana” yeni layihədə - FOTO

“Sadakatsiz”in aktrisası evləndi - Foto

FHN Aqşin Fatehin restoranını bağladı - Foto

Ruhu daim bizimlədir.

Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək

XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir

Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Taleh Qaraşov Aşura günündə şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930