Bəzən bizə elə gəlir ki, əhatəmizdə olan, salam verib, hal-əhval tutduğumuz adamları yaxşı tanıyırıq. Münasibətlər dərinləşəndə görürsən ki, yanılmısan, sən demə, bir var zahiri tanışlıq, bir də var insanın mənəvi dünyası, daxili aləmi. Bu aləmi biz bilirikmi, və yaxud bilmək istəyirikmi. Axı, daxili aləmi duymaq, ona doğru dürüst qiymət vermək hər adamın işi deyil. Ona görə də, bizlərdən hər birimiz daxili düşüncələrimizi ətrafımızdan gizlədirik, bu düşüncələrlə baş-başa qalırıq.
Təəsüf ki, ancaq bir İNSANı itirdikdən sonra onun qiymətini bilirik. Ancaq gec olur. Nə etsən də, o boşluq dolmur.
Bu yazını yazdığım saatlarda facebook səhifəmdə dostum Mirisa Heydərovun paylaşımından xəbər tutdum ki, uzun illərin dostu Nazim Ağamirzəyev dünyasını dəyişib. Daha bir ləyaqətli oğulu, gözəl insanı, yaxşı ailə başçısını, dəyərli vətəndaşımızı itirdik. Heyhat, aramızdan tez köçdü…
Nə edəsən ki, axı ömür yolu, tale qisməti bizi yaradanın ixtiyarındadır, bizlərə qədər yaşamış əcdadlarımız bu yolu keçmiş, xatırlanaraq əbədi bir tarixə çevriliblər.

Bu anlarda bizlərə xatirə olaraq qəlbimizdə ayrılıq həsrətini yaşadan bir insanı kövrələrək yada saldım, onunla birlikdə keçirdiyimiz xoş günlər bir daha gözümüz önündə canlandı. Nazim müəllimlə məni rəhmətlik xalam, onun müəllimi olmuş Şölə Şirəliyeva tanış etmişdi. Bir dəfə İsmayıllıda işləyərkən rayona yolum düşmüşdü. Evdən çıxanda xalam dedi ki, burada Nazim adlı tələbəm işləməlidir. Gör oradadırsa, xəbər tut, sonra Şulan müəllimlə (ömür-gün yoldaşı) birlikdə gedib görüşərik. Mən də xalamın tapşırığına əməl edib “kəşfiyyat”a çıxdım. Rayon prokurorluğunun binasına daxil olanda gülərüz, orta boylu bir nəfəri gördüm. Prokurorun otağından çıxırdı. Özümü təqdim edib Nazim müəllimi soruşdum. Bildirdi ki, otağa keçək, çağıraram gələr. Bəli, otağa keçdik, bir xeyli onunla söhbət etdik. Nazim müəllimin gəlişi ilə maraqlandıqda vurğuladı ki, mənimlə söhbət edən məhz Nazim müəllimdir. İkimiz də bir xeyli gülüşdük… Sonra Şulan müəllim, Şölə xalam və mən birlikdə onun ziyarətinə getdik. Yenə aramızda səmimi söhbət, polemika alındı, mənimlə olan incə yumorunu xatırladı. O gündən biz olduq dost. Jurnalistikada oxuyan bir bacısı da var idi, sonralar ondan Nazim müəllimi soruşurdum. Bəli, bu dostluq bu günədək davam edirdi…

… Gəlimli-gedimli dünya sirrini heç kimə verməyərək, hər birimizə bu dünya həyatını görməyə imkan verən və qəfil əlimizdən alan sirli-sehrli həyat, sən nə qəribəsən? Bir vaxtlar bizimlə birlikdə olan canlı bir insan indi bir şəkildən onun xatirəsini yad edən insanların toplaşdığı mərasim zalında onlara doğru baxır, gözlərində necə dərin mənalar olduğu aydın sezilir…
Fransız yazıçısı Onere de Balzak fəlsəfi kəlamlarının birində dəyərli sualına özü cavab verir: “Ən böyük zinət nədir? Mən deyərdim ki, gözəl qəlbli olmaq.” Bəli, Nazim müəllim məhz gözəl qəlbli idi.
Xatirələrimizdə əbədi qalmağı bacaran Nazim müəllim haqq dünyasına qovuşdu, biz də ondan ayrıldıq. Bu müvəqqəti, fani, ötəri dünyada ulu Tanrının qismət etdiyi şərəfli bir ömür yolu yaşadı.
Ailəsinin , onu tanıyanların qəlbində hər zaman əbədi yaşayacaq, Nazim müəllim!
Prokurorluq orqanlarında çalıəşdığı dövrlərdə üzləşdiyi problemləri bilirdim, yaşadığı sarsıntılardan hali idim. Amma nəinki mən, hətta onu istəyən yaxın dostları belə bu çətinliklərə həmdəm ola, onun sarsıntılarını aradan qaldıra bilmədilər. Xeyli müddət başı çarpışmalara qarışdı, səhhətini ona qarşı olan haqsızlıqlara qurban verdi və sonu da belə…

Vaxtilə Ulu Öndər prokurorluq orqanları əməkdaşlarının əməyini belə qiymətləndirmişdi: “... Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Dövlətçiliyin keşiyində durmaq, insanların hüquqlarını qorumaq, cəmiyyətdə qanun-qaydanın saxlanılmasını təmin etmək və insanların rahat yaşamasına xidmət etmək - bu çox şərəfli vəzifədir.
Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.
İnternetdə dostumuzun fəaliyyəti ilə bağlı geniş məlumat, fakt axtarışına çıxanda gözlərimə 2015-ci ildə “Ədalət” qəzetində dərc edilmiş “Prokurorun qətl günü…” adlı material çıxdı. Həmin materialdan bir sitat: “Prokurorun bıçaq kimi ürəyə sancılan baxışları sanki deyirdi: "Mənim qatillərimi tapıb layiqli cəzalarını verdinizmi?"
Müstəntiq diksindi. Dodaqları öz - özünə pıçıldadı: "Bu heykəl deyil, əsl sənət əsəridir !".
Dəqiqələr ötdükcə orta yaşlı bu şəxslə - Baş Prokuror yanında xüsusilə mühüm işlər üzrə müstəntiq Nazim Ağamirzəyevlə abidə arasında sanki söhbət gedirdi.
Qəmli anlar içində dayanmış müstəntiq arabir ürəyində apardığı söhbəti yarıda kəsir, kədər qarışıq dalğınlıqla qəbirüstü abidəyə tamaşa edirdi. Bu məzhunluğun bir tərəfi prokurorun əziz xatirəsi - faciəli ölümü ilə bağlı idisə, ikinci tərəfi incəliklərlə yonulmuş bu abidədə müəllifin mərhumun xarakterini açmaq ustalığı idi.
Bu prokurorun maddi abidəsi idi. Onun əsil mənəvi abidəsi isə ürəklərdədir: son nəfəsinə qədər xidmət etməkdən usanmadığı xalqın ürəyində, iş yoldaşlarının ürəyində, nəhayət vəfalı həyat yoldaşının, sevimli balalarının ürəyində.
İnsanların ürəklərində ucaldılmış abidə isə əbədidir, zamanın fövqündədir!
Qəbiristanlıqdakı səssizlik adamın əsəblərini qıcıqlandırırdı. Nazim Ağamirzəyev bunu bütün varlığı ilə hiss edirdi. Xəfif və yüngül meh quru yarpaqları bir qəbirdən o birinə atırdı. Ağamirzəyev kədərli baxışlarını aşağı dikmişdi. Üzü bozarmış, gözlərinin altında qırışlar əmələ gəlmişdi...
Bayaqdan fikir onu necə götürmüşdüsə gətirdiyi gülləri unutmuşdu. Birdən yadına düşdü. O əlindəki gülləri prokurorun qəbrinin üstünə qoydu. Baxışlarından kədər, qəm töküldü.

Qəbiristanlıqdakı qəddi-qamətli ağaclar sükut içində idi. Məzarlar boylu qadınlara oxşayırdı. Amma onlar heç vaxt doğmayacaqdılar...
Xüsusilə mühüm işlər üzrə müstəntiq xoş və acı xatirələrə qərq olmuşdu. Peşə dostunun ölümündən neçə il sonra da gözləri Fəzail Hüseynovu axtarırdı, daxili varlığı onu bu sükut içərisində tənha yatmış prokurorla görüşə qovuşdurmuşdu.
Bu faciəli ölüm dörd il səkkiz ay bundan əvvəl baş vermişdi...”
Xalqının sevgisini vicdanlı davranışı, mərhəməti, işgüzarlığı, əsl insan olması ilə qazanmışdı Nazim Ağamirzəyev. Adları ürəklərə qazınanlar ölmürlər. Xatırlandıqca bir az kövrəldir, göynədirlər insanı.
Nazim müəllim üçün hamının dilindən yana-yana çıxan bir söz var. “Heyf ondan”. Bu söz hamı üçün işlənmir, hər gedən üçün təəssüflənmirlər. Hamının dilindən ürəkdən gələn rəhmət kəlməsini eşitmək üçün yaşamın boyu çətin bir missiyanı yerinə yetirməlisən – həyatın gətirdiyi bütün sürprizlərə qarşı insan olaraq qalmağı bacarmalısan.
Həmin yazıdan başqa bir sitat: “Müstəntiq Nazim Ağamirzəyevin belə ağır cinayət işlərinin istintaqında idarə rəisi ilə birgə işlədiyi bir - neçə dəfə olmuşdu. Hündür boylu, şəxsiyyətli adam olan generalın çiynində şax duran poqonlara baxanda elə bilirdin ki, bunlar adi poqonlar deyil, dövlətin onun çiyninə qoyulmuş əlləridir. Ağamirzəyev bu sərt, tələbkar, ancaq sadə qəlbli və səmimi insanı gözəl tanıyırdı və indi görürdü ki, o, nədənsə daha çox həyəcan keçirir:
- Hamımızın hörmət etdiyimiz cəsur və qorxmaz poqon yoldaşımız çox vəhşiliklə qətlə yetirilibdi. Onun qanı yerdə qalmamalıdır. Qətli törətmiş şəxsin və ya şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları üçün bütün əziyyətlərə, çətinliklərə qatlaşmağa borcluyuq. Peşəmizin keşiyində durmağı bacarmırıqsa, bu poqonları gəzdirməyə bizim mənəvi hüququmuz çatırmı? Xalq haqlı olaraq bizə irad tutub deməzmi ki, özünüzü qoruya bilmirsiniz, sizə dövləti, sadə adamların həyatını qorumağı necə etibar etmək olar? - Ağamməd İbişov bir anlıq süst olmuş kimi dimdik durdu, düşüncəli baxışlarını harayasa zilləyib qaldı. Elə bil tarixi bitən bir ömrün, namərd gülləsi ilə yekunu vurulan həyat salnaməsinin fəxri qarovulunda dayanmışdı. O, baxışlarını dəyişmədən sözünü yekunlaşdırdı: - Nə cür olursa - olsun, qatil və ya qatillər tapılmalıdır! İstintaqın aparılması xüsusilə mühüm işlər üzrə müstəntiq Nazim Ağamirzəyevə həvalə edilir”.

Onun işinin vacib xüsusiyyətlərini xarakterizə edən daha bir fakt: “…Bir də ki, Nazim Ağamirzəyev çox yaxşı dərk edirdi ki, xüsusilə mühüm işlər üzrə müstəntiq böyük məsuliyyət tələb edən bir vəzifədir. Onun araşdırmaları öz miqyasına görə ölkə əhəmiyyətli olmaqla daim geniş ictimai - siyasi rezonans doğurur. Onu fərqləndirən təkcə yüksək peşəkarlığı deyil, həm də qəbul etdiyi qərarların dürüstlüyünə olan inam və etibardır. O, ən mürəkkəb, ən dolaşıq cinayət işlərini məharətlə aça bilir, əsl günahkarları dəqiq müəyyənləşdirərək, haqq - ədalətin bərqərar olmasını təmin edir. Ona gördüyü işə görə təkcə mükafatlar verilmir, bəzən də hədə - qorxu gəlir, təzyiq göstərirlər.
Belə bir hüquqşünas taleyi yaşayan Nazim Ağamirzəyev idarə rəisindən konkret tapşırıqlarını alandan sonra təcili Gəncəyə yola düşdü...”
Nazim Ağamirzəyev əsl insan kimi yaşadı, əsl insan kimi köç etdi. Öldü demək istəmirəm. Əsl insanlar missiyaları bitincə sadəcə başqa bir aləmə köç edirlər. Sağlıqlarında etdikləri yaxşı əməlləri xatırlayan son insan ölməyənə qədər yaşayırlar… Sən də bu andan, bu saatdan, bu gündən etibarən qəlbimizdə yaşayacaqsan, əziz dost! Ruhuna dualar oxuyaraq, Allahdan rəhmət diləyirik sənə, ruhun şad, yerin cənnət olsun, dəyərli qardaş!..

Son xəbərlər

Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri+Video

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Bakıda və rayonlarda külək güclənəcək

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

ADNSU-da Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb - FOTOLAR

NEYROTEXNOLOGİYADA YENİ ERA: Çin Maskın Monopoliyasına Son Qoyur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Zakir Həsənov Pakistana başsağlığı verib

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930