TAHİR DÜHASI, TAHİR DÜNYASI... FOTOLAR
TAHİR DÜHASI, TAHİR DÜNYASI...

“Bu dünya enişli-yoxuşludur” – deyirlər.

Dədə Qorquddan başlayaraq ta bu günün ağıllı, elə dərdi şəkən insanlarının hansının həyatı ilə yaxından tanış olduqda görürük ki, hamısının həyat yolu daim yoxuş olub. Onda görəsən bu dünyanın enişi hanı və ya kimlərdən ötrüdür bu eniş?
Amma dərindən düşündükdə görürsən ki, təbii bir məntiq də var burada.
Eniş o yerdən başlanır ki, orada yoxuş bitir. Millət üçün, cəmiyyət üçün yaşayan adamların həyat məqsədləri, amalları da onların zəkaları ürəkləri qədər böyük olur. İnsanın arzuları həmişə onun özündən yüksəkdə dayanır. Amal nə qədər böyük olarsa, o qədər də əlçatmaz yüksəklikdə durar və təbii ki, bu yüksəkliyə gedən yol – yoxuş da həm uzun, həm də sərt olar...

... El dərdi çəkən, millət üçün yaşayan böyük ürək sahibi, şair təbiətli qardaşımız Tahir Rəcəbovun ömür yolu həmişə yoxuşlu, amma mənalı olub. Bu kiçik yazıda Tahir qardaşımın böyük dünyasından, şəxsiyyətindən, həyatının ayrı-ayrı məqamlarından söz açmayacağam. Ona görə ki, Tahir qardaşımın haqqında ayrı vaxtlarda yazanda bu barədə geniş və dolğun formada bəhs etmişəm. Lakin bir həqiqəti demək istəyirəm. Tahir Rəcəbov bir çoxu kimi, özü və ailəsi üçün yaşamayıb. Əgər belə olsaydı, bu ömrün enişi yoxuşundan çox olardı... Amma onun təmiz qanı, əxlaqı, zəngin mənəviyyatı və bir də yaradıcı insan mənliyi daha uca zirvələri fəth edib. Tahir Rəcəbov sağlığında özünə əbədi həyat qazanıb.
Bəzən deyirlər ki, yazıçılar, şairlər, ümumiyyətlə, yaradıcı insanlar ancaq yaratdıqları anda özləri olurlar. Yəni onlar yazanda düzünü yazır, yaradanda tutarlı, yaddaqalan, nəsillərə ötürülə biləcək əsərlər yaradır, real həyatda isə bəzən başqa yol tuturlar. Belə adamlar özü-özündən qaçır, özlərini inkar edirlər.
Tahir Rəcəbovun həyatı da şeirləri qədər saf, büllür kimi şəffafdır. Onun dünyaya sığmayan qüruru, mənliyi öz daxili aləminə, öz şeiriyyətinə, öz dünyasına sığır. Bəli, Tahir Rəcəbov həyatın bütün məqamlarında özü olan, özünə sığışan şəxsiyyətdir.
O, ömrü boyu zəngin daxili aləmi ilə şan-şöhrədən, var-dövlətdən, ucuz ad-sandan yüksəkdə dayanaraq bunun aludəsi olanlara çox vaxt utandırıcı hərəkətləri ilə cavab verir.
Tahir qardaşım imkanlarından az şeir yazıb. Amma bu şeirlərin hər misrasında od püskürən Tahir ürəyinin alovu, müdrikyana statuslarında hər kəsi düşünməyə məcbur edən Tahir dühası, dünyaya sığmayan Tahir dünyası yaşayır.
Bir güclü əsər, şeir oxuyanda, qüdrətli muğama qulaq asanda deyirəm: “Allah! Allah! Adamın içini silkələyir, beynini yerindən oynadır!”. Mən bu sözləri eynilə Tahirin şeirləri, müdrik, filosofyana yazdığı fikirləri haqqında da deyirəm. Tahir Rəcəbovun şeirləri, fikirləri adamın içini silkələyir, beynini yerindən oynadır.
... Bəli, Tahir Rəcəbov yoxuş qalxa-qalxa yaşayır, yüksələ-yüksələ ömür sürür və ürəkləri göynədə-göynədə öz yüksəkliyində bu günümüzün dərddaşına çevrilib. Ömrünün 71-ci baharından 72-cisinə adlayır. O bu dünyaya ona görə gəlib ki, qələmi, haqq sözü ilə şər qüvvələrə qarşı mübarizə aparın, Rahir Rəcəbov olduğunu təsdiqləsin. Bilmirəm buna onun gücü çatıb, ya yox. Bildiyim budur ki, doğru söz dediyinə, düz yol göstərdiyinə görə gədalardan dirsək görüb, bəzən alçaqlardan hədələr də eşidib. Hamı demədiyini dediyinə görə başı bəlalar çəkib. Nə vaxtsa, haradasa təklənib də. Baxıb görüb ki, şeytan mələyin boğazından tutub sıxır, hər yanda şeytan mələyi boğub öldürür, ona görə də şər xeyrə qalib gəlir, qaranlıq işıqdan intiqam alır, yalan ayaq tutub yeriyir, haqq nazilir, üzülür. Çünki şeytan adamlar dünyanın rəngini dəyişiblər, havasını zəhərləyiblər, suyunu bulandırıblar, dünyanı cəhənnəm əzabına döndəriblər. Dünya öz kökündən qopmaqdadır, dünya yıxılmaqdadır. T.Rəcəbov isə zərif və zəif çiyinlərini dünyaya dayaq eləyib dünyanın yıxılıb dağılmasını istəmir. Bu müqəddəs və şərəfli, həm də ki, əzablı işdə qələmi, ağlı, dərrakəsi, zəkası köməyinə çatıb. O da halal qələmi ilə dünyanı dağılmağa qoymayan söz adamlarından biridir. Söz adamları olmasaydı, dünya bütünlüklə zülmətə bürünərdi...
İllərdir onu tanıyıram, nə qədər şeiri, məqaləsi, oçerki müxtəlif mətbuatda çap edilib, oxucuların ürəyinə yol tapıb. Hər sözə, hər misraya, hər sətrə ruhunu hopdurub. Hər sözün uğrunda canını qoyub. Hər halal sözə görə başından keçməyə də hazırdır. Öz qələminə, sözünə və ağlına güvənib təmənnasız ömür yaşayır. Yaşadığı təmənnasız ömürlüyündə Tahir qardaşıma dostları, yaxınları, sevənləri adından cansağlığı, sağlamlıq, gümrahlıq, yeni yaradıcılıq uğurları arzulayıram. Qəlbi diləklərlə, istəklərlə doludur. Allah onu bu diləklərə, arzulara çatdırsın. Amin.


Daşdəmir ƏJDƏROĞLU
TAHİR DÜHASI, TAHİR DÜNYASI... FOTOLAR
TAHİR DÜHASI, TAHİR DÜNYASI... FOTOLAR
TAHİR DÜHASI, TAHİR DÜNYASI... FOTOLAR
TAHİR DÜHASI, TAHİR DÜNYASI... FOTOLAR
TAHİR DÜHASI, TAHİR DÜNYASI... FOTOLAR
TAHİR DÜHASI, TAHİR DÜNYASI... FOTOLAR
TAHİR DÜHASI, TAHİR DÜNYASI... FOTOLAR

Son xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Taleh Qaraşov Aşura günündə şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Qazaxıstanda Mi-8 helikopteri sərt eniş etdi

Qəbulun II cəhd imtahanları başlayır

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930