Düz bir il əvvəl, məhz bu zalda, COP29-un gələcək Sədrliyi olaraq Bakı COP-u üçün baxışımızı açıqlamışdıq. Bu baxış inklüzivlik, şəffaflıq, qərəzsizlik və COP Tərəflər Konfransı tərəfindən idarə olunan bir yanaşma ilə COP29-un keçirilməsinə dair öhdəliyimizi ehtiva edirdi. Bütün fəaliyyətimizdə Konvensiyanın və Paris Sazişinin prinsiplərinə, məqsədlərinə və hədəflərinə sadiq qalaraq hərəkət etdik.

Biz bu yolda bütün Tərəfləri və Tərəf olmayan iştirakçıları diqqətlə dinlədik, açıq dialoqlar vasitəsilə heç kimin kənarda qalmamasını təmin etdik. İnanırdıq ki, COP29 Paris Sazişi üçün bir “sınaq məqamı” olacaq. Nəticədə əldə olunan konsensus və birlik göstərdi ki, çoxtərəfli diplomatiya hələ də işləyir və prosesimiz bəşəriyyət üçün mühüm nəticələr verə bilir. Başqa sözlə, bu sınaqdan birgə keçdik. İndi isə iqlim fəaliyyətini əhatə edən daxili və xarici çağırışları nəzərə alaraq, hesab edirik ki, COP30 artıq təkcə Paris Sazişi üçün deyil, bütövlükdə UNFCCC prosesinin özü üçün də bir sınaq olacaq. Bu səbəbdən ambisiyadan icraya keçid etməliyik. Bu baxımdan, COP30-un “icra COP-u” kimi xarakterizə olunması ilə tam razıyıq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində Braziliyanın COP30-a həsr olunmuş tədbirdə deyib.

“COP29-un baxışı bir-birini tamamlayan iki sütun üzərində qurulmuşdu: ambisiyanın artırılması və fəaliyyətin dəstəklənməsi. Milli Səviyyədə Müəyyən edilmiş Töhfələr (NDCs), Uyğunlaşma Planları (NAPs) və İkilik Hesabatlar (BTRs) vasitəsilə Tərəflərin ambisiyasını yüksəltmək üçün əlimizdən gələni etdik.

Digər tərəfdən, sizinlə birlikdə, BMT-nin iqlim danışıqları çərçivəsində indiyə qədər əldə olunan ən böyük maliyyə öhdəliyi olan “Bakı Maliyyə Hədəfi” üzərində razılıq əldə etməyə nail olduq.

Çünki COP29-un əsas missiyası maliyyə idi – effektiv iqlim tədbirləri üçün həlledici amil. COP-u “əməl etdirici COP” kimi çərçivələndirdik. Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılması, Paris Qaydalar Kitabının tam şəkildə tamamlanması (xüsusilə Paris Sazişinin 6-cı maddəsinin razılaşdırılması) və iqlim fəaliyyətinin bütün sahələrini əhatə edən mühüm qərarlar – “Bakı Sıçrayışı” kimi yadda qalacaq.

Paris Sazişinin məqsədlərinə çatmaq yalnız cəsarətli qərarlar deyil, bir-birini dəstəkləyən COP Sədrlikləri arasında birlik tələb edir. Bu, sprint deyil, marafondur və hər bir COP özündən əvvəlkiləri tamamlayır. Biz COP27 (Şarm Əl-Şeyx) və COP28 (Dubay) daxil olmaqla əvvəlki COP-ların uğurları üzərində öz uğurlarımızı qurduq. Hər iki Sədrlik prosesi aktiv saxlamağı və estafeti inamla braziliyalı həmkarlarımıza təhvil verməyə imkan verdi.

Bu ilin əvvəlindən etibarən Azərbaycan COP Sədrliyi Braziliyanın gələcək Sədrliyi ilə sıx əməkdaşlıq edir – prioritetlərin uyğunlaşdırılması, institusional davamlılıq və Tərəflərə xidmət edən birgə yanaşma üçün. COP30-a qədər birlikdə yerinə yetirməli olduğumuz birgə mandatlarımız var. Xüsusilə, Bakıdan Belemə Yol Xəritəsi çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin illik 1.3 trilyon dollara çatdırılması məqsədilə işlərimizi davam etdirəcəyik.

Bundan əlavə, “1.5 dərəcə missiyası” üzrə Troika üzvü olaraq və bizə verilmiş mandat çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə birgə bu ilin sentyabrına qədər ambisiyalı NDC-lərin təqdim edilməsinin vacibliyini vurğulamaqda davam edəcəyik.

SB62 çərçivəsində işlərimizi davam etdirdiyimiz bir vaxtda Azərbaycan, Bakıdan Belemə yolun davamlılıq, ambisiya və inklüziv əməkdaşlıqla müşayiət olunmasına sadiqdir. Bu kontekstdə, COP30-un braziliyalı Sədrliyinə dəstəyimizi ifadə edir və hamını Belemdə “mutirão” ruhunu qəbul etməyə çağırırıq – bu, növbəti kollektiv uğurun əsasını qoyacaq.

Azərbaycan Braziliyada COP30-da inklüzivliyin təmin edilməsi və icranın sürətləndirilməsi istiqamətində fəaliyyətini dəstəkləməyə hazırdır. Biz əminik ki, zəngin ekoloji irsi, iqlim və bioçeşidlilik sahəsində rolu və çoxtərəfliliyə olan sadiqliyi ilə Braziliya COP29-da birlikdə əldə etdiyimiz nəticələri davam etdirmək və əvvəlki illərin nailiyyətləri üzərində irəliləmək üçün ən yaxşı namizəddir. Azərbaycan, bu ümumi missiyada etibarlı və fəal tərəfdaş, sübut olunmuş körpü qurucusu olaraq sizinlə birgə olmağa davam edəcək. Bizim dəyişməz öhdəliyimizə və konstruktiv iştirakımıza güvənə bilərsiniz”, - deyə Yalçın Rəfiyev əlavə edib.



Son xəbərlər

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Sənubər Səhər : Halımızın savaşı

Azərbaycanın bəzi rayonlarında yağış yağır – FAKTİKİ HAVA

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

Bu gün Ümumdünya Günəş Günüdür

İlham Əliyev Polşa Prezidentini təbrik etdi

Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək

“Bakı Marafonu 2026” başlayıb - FOTOLAR

"Halef"in aktyoru "Kıskanmakda" - FOTO

25 min iştirakçı 42 km-lik marafonda qələbə uğrunda mübarizəyə qoşuldu - Fotolar

Şərəf ordenli Səadət Butanın "Dağlar ağlar" şeirinə... - FOTO

Somali quldurları BƏƏ bayraqlı tankeri ələ keçirib

Qəzada ölən 17 yaşlı Yusifin - Fotoları

Şəhla Xəlilqızı : Aparar aşiqi məzara sevgi - FOTO

MƏMMƏD QƏDİR : Allahın yadında varamsa bəsdir - FOTO

Filippində Mayon vulkanı püskürməyə başlayıb

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Ata yurdumda düşüncələrim… - FOTO

“Keçmişə mesaj göndərmək mümkündür”

Təl-Əvivdə hökumət əleyhinə etiraz aksiyası keçirilir

"Top ABŞ-nin meydanındadır" - İran rəsmisi

SÖZÜN KAPİTANI - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031