Xəbərlər
17.05.2025, 00:30
Ronaldo İspaniya klubunu ala bilər
Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo İspaniyanın “Almeriya” klubunun ortaq sahibi ola bilər.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, Ronaldo əvvəllər “Almeriya”nı satın alan Səudiyyə Ərəbistanının “SMC Group” investisiya şirkətinin rəhbəri Məhəmməd Əl-Xereyci ilə yaxşı münasibətdədir. 40 yaşlı hücumçu “SMC Group”un səhmlərindən ala bilər və bununla da İspaniya klubunun sahiblərindən birinə çevrilə bilər.
Qeyd edək ki, “Almeriya” hazırda İspaniya Sequndasında çıxış edir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay