Şərur-İnşaat" Mənzil-Tikinti Korporativinin rəhbəri, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) sahibi olduğu bahalı “Hollivud” restoranında şair, yazıçı və siyasətçilərin iştirakı ilə toplantı keçirib.

Turaztv.az Teleqraf-a istinadən xəbər verir ki, restoranda yazıçı Məmməd Orucun “Köçürülmə” romanının yeni nəşri, professor Əfzələddin Əsgərin “Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin oğuznamə dövrü” elmi əsəri və şair Vaqif Bəhmənlinin “İri planda” (Qulu Məhərrəmlinin həyat və yaradıcılıq portreti) kitablarının təqdimatı keçirilib.

“Vətəndaş Tribunası” İctimai Birliyi və Şərur-İnşaat MTK-nın birgə layihəsi olan tədbirdə qonaqları İsfəndiyar Axundov özü qarşılayıb.

Təqdimata şair, yazıçı və alimlər – Səfər Alışarlı, Məmməd Oruc, Vaqif Bəhmənli, professor Qulu Məhərrəmli, Əfzələddin Əsgər, akademik Muxtar İmanov, Tahir Taisoğlu, Arzu Nehrəmli, Adil Cəmil, Məti Osmanoğlu, siyasətçilər Qafar Əliyev, Nemət Pənahlı və başqaları qatılıb.

Təqdimatı giriş sözü ilə açan “Vətəndaş Tribunası” İctimai Birliyinin sədri, yazıçı Səfər Alışarlı tədbiri QHT-biznes əməkdaşlığının faydalı və yaxşı nümunəsi adlandırıb. O, təqdim edilən kitabların bədii-estetik və elmi-publisistik dəyəri haqqında danışaraq deyib ki, kitabların hər biri öz janrında Azərbaycan ədəbiyyatı, elmi və mətbuat araşdırmaları üçün mühüm əhəmiyyət daşıyır. 1948-51-ci illərdə 100 min azərbaycanlının Ermənistandakı dədə-baba yurdlarından deportasiya edilməsini böyük istedad enerjisi ilə təsvir edən Məmməd Orucun “Köçürülmə” əsəri 30 il əvvəl yazılsa da, öz aktuallığını və bədii dəyərini bu gün də itirmir. Əsərdə bütöv bir elin faciəsi rus imperiyasının müstəmləkə zülmünün bariz təzahürü kimi öz əksini tapır.

Əfzələddin Əsgərin folklor tədqiqatlarını həm elmi, həm də bədii yaradıcılıq üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən S.Alışarlı professor Əfzələddin Əsgərin “Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin oğuznamə dövrü” kitabını müasir folklorşünaslığa ciddi töhfə adlandırıb.

Vaqif Bəhmənlinin “İri planda” kitabının Qulu Məhərrəmlinin həyat və yaradıcılığına həsr edildiyini deyən S.Alışarlı onu Azərbaycan mətbuatının realist güzgüsü kimi səciyyələndirib. Kitabda Qulu Məhərrəmlinin 43 illik telejurnalistika fəaliyyəti yüksək qiymətləndirilərək, ona ölkənin az qala yarım əsrlik ictimai-siyasi həyatında baş verən hadisələrin prizmasından baxıldığı qeyd edilib.

Şərur-İnşaat MTK-nın rəhbəri İsfəndiyar Axundov tədbirdə iştirak edən yazıçı, şair, alim və jurnalistləri salamlayaraq belə əməkdaşlığı və həmrəyliyi yüksək qiymətləndirdiyini, Azərbaycan ziyalılarını, ölkədə təhsili, maarifi, eləcə də köməksiz insanları həmişə dəstəklədiyini bildirib.


Tədbirdə çıxış edən YAP Qaradağ rayon şöbəsinin sədri Qafar Əliyev müasir Azərbaycanda bütün uğurların rəhni olan Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini bildirib, ölkədə yaradıcı insanlara, elmə və jurnalistikaya dövlət qayğısının daim artırıldığını vurğulayıb.

Qeyd edək ki, İsfəndiyar Axundovun adı son zamanlar bir çox qalmaqallarda hallanıb. O, müsahibələrinin birində yazıb-oxumaq bacarmadığını, amma alimlərin ona işlədiyi söyləmişdi. İş adamı həm də "imkanım olsa, bütün məscidləri söküb yerində məktəb tikərəm" fikiri ilə gündəmə gəlmişdi.





Son xəbərlər

İldırım Əlişoğlu : İSMAYILLI dağları yazdlrdı bunu... - FOTO

Prezidentin qızları bulvarda festivalda - Fotolar

“Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”

Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər

Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək?

Xatirə İsmayılova : Ailə müştərək həyatdır… - FOTO

Muğamın sehri, sənətin ucalığı - FOTO

XATİRƏ İSMAYILOVA : 26 İyun Silahlı Qüvvələr Günü

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib

FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Axios”: ABŞ hərbçiləri Hörmüz boğazı bölgəsində İranın hədəflərinə zərbələr endirib

İraq üçün DÇ başa çatdı

Konqoda Ebolaya yoluxan və ölənlərin sayı artıb

Tramp İranı yenidən atəşkəs rejimini pozmaqda ittiham edib

Seneqal - İraq matçındailk hissə yekunlaşdı

Yayda hansı mələk rəqəmi sizə yol göstərəcək? - Doğum ayına görə PROQNOZ

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

"Neftçi" slovakiyalı hücumçunu transfer etdi

Azanı qadağan etməyə hazırlaşırlar

ATLAZ SƏTİRLƏR... (Atlaz Rzayinin ilk şeirlər kitabının təqdimatı)

ƏZİZƏ AĞAHÜSEYNQIZI : CƏBRAYIL HƏSRƏTLİ ŞAİR - FOTO

Mən səni eradan əvvəl sevmişəm - FOTO

Məşhur aktyor “Yeraltı”dan getdi - FOTO

"Tik-tok" trendi uşaqları xəstəxanalıq etdi - Valideynlərə XƏBƏRDARLIQ

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub - FOTOLAR

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930