
Xəbərlər
9.04.2025, 00:17
PÜSTƏ RƏVAN : KƏDƏR - FOTO
KƏDƏR
Bir od kimi kədər gəzir ömrümü,
Yaşaya bilmirəm, gülə bilmirəm.
Ömrümü bu kədər külə döndərir,
Sevinə bilmirəm, gülə bilmirəm.
Ömrümün ən ucqar zirvələrinə,
Alır kədər məni, aparır məni.
Sonsuz səadətə gedən bu yolda,
Alır kədər məni, aldadır məni.
Qorxuram kədərdən, ondan qaçıram,
Yaman dişlərini qıcıdıb mənə.
Sevinir insanlar, şadlıq eyləyir,
Od paltarı geyinib kədər əyninə.
İstədim yaşamaq yandırdı məni,
İstədim sevinmək öldürdü məni.
İstədim həqiqət azdırdı məni,
Ağır idi kədər, aldatdı məni.
Yaşaya bilmirəm, gülə bilmirəm.
Ömrümü bu kədər külə döndərir,
Sevinə bilmirəm, gülə bilmirəm.
Ömrümün ən ucqar zirvələrinə,
Alır kədər məni, aparır məni.
Sonsuz səadətə gedən bu yolda,
Alır kədər məni, aldadır məni.
Qorxuram kədərdən, ondan qaçıram,
Yaman dişlərini qıcıdıb mənə.
Sevinir insanlar, şadlıq eyləyir,
Od paltarı geyinib kədər əyninə.
İstədim yaşamaq yandırdı məni,
İstədim sevinmək öldürdü məni.
İstədim həqiqət azdırdı məni,
Ağır idi kədər, aldatdı məni.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














