Xəbərlər
27.06.2026, 22:08
MƏMMƏD QƏDİR : A Məmməd, rəhmət yenə çöldəki şeytanlara - FOTO
Şeytanlara
Nə səmada, nə yerdə, şair, yerin yox imiş,
Göylər Allaha məxsus, yer də ki şeytanlara.
Mələklərin şeytandan günahları çox imiş,
Göydə də tay tapılmır yerdəki şeytanlara.
Yerdə yenə babatdı, goydəkilər şər, dədə,
Xeyirdə də xeyir yox, çağıranda şər dədə,
Əsil nəsli söyülür xeyirdə də, şərdə də,
Göylərdən rahat gəlir yer təki şeytanlara.
Vallah, mələk betərdir, pisə çıxıb adları,
Hardan artıb çoxalır, yoxdusa övladları,
Ya qocalıb, ya da ki, yorulub qanadları,
Çata bilmir İlahi yel təki şeytanlara.
Hansı ki öz əmrindən tüğyan edir küləklər,
Haqq yolunda alnıma qələt yazır lələklər,
Allah haqqı aləmi qarışdırır mələklər,
Fəqət lənət oxunur, gül təki şeytanlara.
Nə gülə etibar var, nə arıya zəmanət,
Əzizindən görərsən yad düşüncə, xəyanət,
İçimizdə qaynayan şeytanlara min lənət
A Məmməd, rəhmət yenə çöldəki şeytanlara.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay