Moskvada azərbaycanlıları güllələyən sabiq polis polkovniki manyak çıxdı

2017-ci ilin oktyabrında Moskvada Novoslobodskaya küçəsində baş verən hadisədə Azərbaycan vətəndaşının öldürülməsi ilə bağlı cinayətin üstü açılarkən məlum olub ki, qanun keşikçiləri silsilə qətllər törədən qatili saxlayıblar.

Virtualaz.org bildirir ki, bu barədə REN TV məlumat yayıb.

O, Daxili İşlər Nazirliyinin istefaya çıxmış podpolkovnikidir. Aydın olub ki, o, yol münaqişəsindən sonra Azərbaycandan olan şəxsi güllələyib.

Belə ki, Moskvaətrafı polisinin sabiq əməkdaşı Aleksey Jdanov işıqforda yubanıb, bu vaxt arxasında dayanan “İnfiniti”nin sürücüsü ona siqnal verib. Təqaüdçünün sözlərinə görə, xarici avtomobilin 38 yaşlı sahibi ona və "Jiquli"sinə nifrətlə baxıb. Onda keçmiş podpolkovnik onu incidənin arxasınca gedib və Novoslobodski küçəsində yaşayış evinin həyətində onunla görüşüb.

Sabiq polisin sözlərinə görə, xarici avtomobilin sürücüsü onu söyüb. O da bundan əsəbiləşib və “Makarov” tapançasını çıxararaq onu güllələyib. Qətldən sonra Jdanov öz "Jiquli"sini yandırıb və silahdan qurtulub, buna baxmayaraq elə həmin gün saxlanılıb. Təqaüdçü qanun keşikçilərinə istefada olan polislərin ağır məişət şəraitindən şikayətlənib.

İstintaq zamanı, müstəntiqlər müəyyən ediblər ki, bu, Jdanovun xoşlanmadığı adamlara qarşı törətdiyi ilk cinayət deyil. Məlum olub ki, o, başqa bir azərbaycanlının öldürülməsində də iştirak edib.

İstintaqın versiyasına görə, o, həmin şəxsi “İnfiniti”nin sürücüsünü güllələməmişdən bir ay əvvəl öldürüb. Kişinin cəsədi Moskvaətrafı Desnovskoye qəsəbəsində meşədə tapılıb. Onun bədənində bıçaq və güllə xəsarətləri olub. Məlum olub ki, ölmüş şəxs taksi xidməti göstərməklə məşğul olurmuş. Müstəntiqlər hələlik taksi sürücüsünün niyə qəzəbə gəldiyiniin səbəblərini müəyyənləşdirirlər.

A.Jdanov Daxili İşlər Nazirliyinin əməkdaşı olarkən soyğunçuluqla bağlı cinayət işinin materiallarının saxtalaşdırmasına görə daxili təhqiqatın hədəfinə gəlib. Bəzi məlumatlara görə, 1999-cu ildə o, zərərçəkmişi öz ərizəsindən imtina etməyə inandırıb. Onda onu işdən çıxarıblar, amma çox keçmədən o, Klimovskda cinayət axtarışının rəisi olub.

İki il sonra Jdanov fahişələrlə əlaqəyə görə yaranan qalmaqalın mərkəzinə düşüb. Məlum olub ki, o, ayda təxminən üç min dollar alaraq, onların “təhlükəsizliyini təmin edirmiş…”.

Son xəbərlər

ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO

Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri+Video

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Bakıda və rayonlarda külək güclənəcək

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

ADNSU-da Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb - FOTOLAR

NEYROTEXNOLOGİYADA YENİ ERA: Çin Maskın Monopoliyasına Son Qoyur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Zakir Həsənov Pakistana başsağlığı verib

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930