"Palmali"dən növbəti manipulyasiya, yoxsa sərfəli "susqunluq"?

Son günlər sosial şəbəkələrdə "Palmali" Şirkətlər Qrupunun prezidenti, hazırda həbsdə olan Mübariz Mənsimovun koronavirus pandemiyasından zərər çəkmiş 500 min Azərbaycan vətəndaşına yardım edəcəyi haqda məlumatlar dolaşır.

Sfera.az-ın verdiyi xəbərə görə, qeyri-rəsmi kanallardan yayılan bu məlumatlar günlər keçməsinə baxmayaraq, "Palmali" Şirkətlər Qrupu tərəfindən nə təsdiq, nə də təkzib edilir.

Məlumdur ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da tətbiq olunan karantin rejimi bir çox aztəminatlı ailələrin maddi durumuna mənfi təsir edib. Azərbaycan dövləti, rəsmi qurumlar, özəl şirkətlər və ayrı-ayrı ictimai fəallar aktiv şəkildə kampaniyalar həyata keçirərək, on minlərlə ailəyə dəstək olur, bu çətin günlərdə insanlara yardım etməyə çalışırlar.

Əlbəttə, Mübariz Mənsimovun da belə bir qərar verməsi müsbət hal olardı. Amma Mənsimovun şirkətindən yayılan mövzuya susqun münasibət, məlumata heç bir reaksiya verilməməsi bir tərəfə qalsın, yaranan digər suallar da cavabsız qalır. Sosial şəbəkələrdə məlum paylaşımları görən aztəminatlı insanlar istər-istəməz sual verir: bu yardımlar harda, necə və hansı formada ediləcək? Ümimiyyətlə, hazırda həbsdə olan, külli miqdarda kredit borcu olan, çoxsaylı məhkəmə cərimələri ilə üz-üzə qalan Mənsimov bu gün doğrudanmı 500 min insana yardım etmək iqtidarındadır?

Bu kimi suallara cavab almaq üçün "Palmali" Şirkətlər Qrupunun rəsmi təmsilçisi Fidan Quliyevanın Whatsapp nömrəsinə göndərdiyimiz suallar təəssüf ki cavabsız buraxıldı. Mövzunun həssaslığını düşünəndə, "Palmali" təmsilçisinin susqunluğunu anlamaq olmur və əlavə suallar yaradır. Mövzunu araşdırmaq üçün, "Palmali"yə yaxınlığı ilə seçilən və son zamanlar Mənsimovun müdafiəsi istiqamətində fəallıq göstərən, özünü Türkiyədə fəaliyyət göstərən "SHA" xəbər agentliyinin rəhbəri kimi təqdim edən Sahil İmanovla əlaqə saxladıq.S.İmanov da öz növbəsində yayılan bu paylaşımlardan xəbərdar olduğunu, amma bu barədə nə Mənsimovun ailəsi, nə vəkilləri, nə də "Palmali" şirkəti tərəfindən heç bir rəsmi açıqlama olmadığını bildirdi: "Xəbəri nə təsdiq, nə də təkzib edirik".

"Palmali" rəsmilərinin susqunluğu və S.İmanovun da qeyri-müəyyən cavabı ortada minlərlə insanın hazırkı həssas durumu üzərindən manipulyasiya izi axtarmağa əsas verir. Əks halda, şirkət mövzunun həssalığnı nəzərə alıb, ortaya konkret münasibət qoyardı.

Bu kimi suallara cavab almaq üçün "Palmali" Şirkətlər Qrupunun rəsmi təmsilçisi Fidan Quliyevanın Whatsapp nömrsinə göndərdiyimiz suallar təəssüf ki cavabsız buraxıldı. Mövzunun həssaslığını düşünəndə, "Palmali" təmsilçisinin susqunluğunu anlamaq olmur və əlavə suallar yaradır. Mövzunu araşdırmaq üçün, "Palmali"yə yaxınlığı ilə seçilən və son zamanlar Mənsimovun müdafiəsi istiqamətində fəallıq göstərən, özünü Türkiyədə fəaliyyət göstərən "SHA" xəbər agentliyinin rəhbəri kimi təqdim edən Sahil İmanovla əlaqə saxladıq.

S.İmanov da öz növbəsində yayılan bu paylaşımlardan xəbərdar olduğunu, amma bu barədə nə Mənsimovun ailəsi, nə vəkilləri, nə də "Palmali" şirkəti tərəfindən heç bir rəsmi açıqlama olmadığını bildirdi: "Xəbəri nə təsdiq, nə də təkzib edirik".

"Palmali" rəsmilərinin susqunluğu və S.İmanovun da qeyri-müəyyən cavabı ortada minlərlə insanın hazırkı həssas durumu üzərindən manipulyasiya izi axtarmağa əsas verir. Əks halda, şirkət mövzunun həssalığnı nəzərə alıb, ortaya konkret münasibət qoyardı.

Son xəbərlər

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

SEVİNC YUNUSLU : Bu dünyada nədir ki, bizi bizdə tutası.. - FOTO

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930