İqtisadiyyat Nazirliyindən sosial dəstək: 2000 aztəminatlıya çox tələb olunan istehlak malları təqdim ediləcək
Bu gün koronavirus pandemiyası dinindən, irqindən, yaşından və sosial mənsubiyyətindən asılı olmayaraq, hamı üçün problemə, bəşəri bəlaya çevrilib. Hazırda demək olar ki, bütün dünya ünvanın, kimliyin fərqinə varmayan bu infeksiya ilə mübarizə aparır.

Dünyanın bir parçası olan Azərbaycanda “Biz birlikdə güclüyük” və “Evdə qal” devizləri günün əsas çağırışlarına çevrilib. Azərbaycan dövləti öz vətəndaşlarını koronavirus pandemiyasından, onun yaratdığı fəsadlardan qorumaq üçün bütün tədbirləri görür, xalqımız həmrəylik nümayiş etdirir. Bütün bunlar isə ölkəmizin hazırkı ağır dönəmdən ən az itkilərlə çıxacağına əminlik yaradır.

Bu sınaq günlərində bir-birinə dayaq durmaq, xüsusilə həssas əhali qruplarının qayğılarına diqqət göstərmək, onların ehtiyaclarının ödənilməsinə yardım etmək sosial çağırış və günün tələbidir. Bu məqsədlə cəmiyyətin müxtəlif qrupları, dövlət qurumları, sosial məsuliyyətli sahibkarlar müxtəlif sosial aksiyalar təşkil edir.

Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi könüllüləri bu aksiyaların fəal iştirakçılarına çevirib. Bununla belə, təkcə könüllülər deyil, ölkəmizin müxtəlif yaşlı və sosial statuslu vətəndaşları belə aksiyalara qoşulublar. Sosial həmrəylik, yaşlı, tənha, aztəminatlı insanlara dəstək göstərilməsi könüllü hərəkatına yeni vüsət verib. Sosial həmrəylik aksiyalarında biznes nümayəndələrinin iştirakı xüsusilə önəmlidir. Çünki, bu, ölkədə korporativ məsuliyyət anlayışının, yaxşı mənada, hər bir şirkətin davranış qaydalarına çevrilməsi üçün bir fürsətdir.

Daha bir sosiallıq nümunəsini bu günlərdə İqtisadiyyat Nazirliyinin aztəminatlı ailələrin ən çox tələb olunan istehlak mallarına ehtiyacının ödənilməsinə dəstək təşəbbüsünə qoşulan sahibkarlar da göstərib. Ötən həftədən etibarən Nazirliyin təşkilatçılığı ilə həftəlik tələbatı ödəyəcək ərzaq bağlamalarının Bakıda və Abşeronda aztəminatlı ailələrə çatdırılmasına başlanıb.

Aksiyanın reallaşdırılmasına qoşulan sahibkarlar bu təşəbbüsə hər cür dəstək verirlər. Belə ki, “Azərmaş” ASC ərzaq bağlamalarının çatıdırılması üçün xüsusi avtomobillər ayırıb, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri isə həftəlik ərzaq bağlamalarını karantin rejimi tələblərinə tam əməl etməklə aztəminatlı ailələrə çatdırmağa yardım edirlər. Sosial aksiya 500 ailəni (təxminən 2000 nəfəri) əhatə edəcək. Sahibkarlar və İqtisadiyyat Nazirliyi sosial aksiyanı həftəlik olmaqla bütün karantin dövründə həyata keçirəcək.

Bu çətin günlərdə hamıya sağlamlıq və dözüm arzulayırıq. İnanırıq ki, ölkəmizin, vətəndaşlarımızın normal iqtisadi və sosial həyata qayıdacağı gün uzaqda deyil və bu cür sosial addımlar o günün daha da yaxınlaşmasına bir dəstəkdir.

Son xəbərlər

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31