Ərdoğan: “Bu qlobal bəlaya qarşı ortaq mübarizə aparaq”
"Qlobal maliyyə böhranı dövründə atdığımız addım kimi yenə də qlobal təhlükəsizliyimizi təmin etmək üçün ortaq fəaliyyətlərimizi tezləşdirməliyik. G20 dövlətlərinin bütün üzvlərini əhatə edən mərkəzi banklar arasında mübadilə sazişlərinin genişləndirilməsi lazımdır. Əgər birtərəfli addımlarla davam etsək, bu qlobal iqtisadiyyata da mənfi təsir göstərəcək”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 dövlətlərinin yeni növ koronavirüsla (COVID-19) əlaqədar videokonfrans vasitəsilə keçirdiyi fövqəladə zirvə toplantısında bu fikirləri bildirib.

İki saatdan çox çəkən videokonfransda R.T.Ərdoğan deyib ki, koronavirus pandemiyası dünya əhalisini və iqtisadiyyatına ciddi şəkildə mənfi təsir etdiyi üçün dünya son dərəcə gərgin bir dönəmdən keçir. Bu səbəbdən də dünya siyasətçilərinin birgə siyasət yürütməsinə ehtiyac olduğunu deyən Türkiyə prezidenti bildirib ki, dil, din, coğrafiya fərqi olsa da, təhlükəli virus narahatlığı bütün dünya əhalisini eyni dərdə ortaq edib: “Koronavirusla mübarizə tədbirləri çərçivəsində G20 nəzdində yeni bir işçi qrupunun yaradılması çox vacibdir”.

Türkiyənin hər zaman olduğu kimi, bu məsələdə də beynəlmiləl həmrəyliyə qatıldığını və ortaq fəaliyyətə hazır olduğunu deyən prezident bütün dünya ölkələrini bu qlobal mübarizəyə qatılmağa çağırıb: “Bu qlobal bəlaya qarşı ortaq mübarizə aparaq”.

Son xəbərlər

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

SEPAH ABŞ və İsrailə məxsus gəmini vurduğunu açıqlayıb

Tanınmış cərrah 44 yaşda vəfat etdi — FOTO

5 yaşlı uşaq su anbarına düşüb öldü

Millimiz AÇ-nin 1/4 finalında

101 yaşı var, hələ də maşın sürüb sevgi romanları oxuyur

Tramp İranla danışıqların uzanmasından narazıdır

Astara kəndlərində işığın verilməsində fasilə olacaq

Tramp Ankaraya gedəcək

Yunanıstan millisinin keçmiş müdafiəçisi vəfat etdi

40 yaşlı Luka Modriç Xorvatiyanın dünya çempionatı heyətinə daxil edilib

Rusiya Ermənistandan meyvə və üzüm idxalına məhdudiyyət qoyur

“Hizbullah” İsraillə atəşkəsi təsdiqlədi

Media: Aİ üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılmasına razılıq verib

Türkiyə millisi Şimali Makedoniyanı darmadağın etdi

Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq

"Kuruluş Osman"ın aktyoru yeni serialda

"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO

Mövqesiz insanlar , izsiz yaşayanlardır.

Gələn mövsüm onu “Kızılcık Şerbeti”ndə görməyəcəyik

Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar

Cəlilabadda milli-ədəbi layihə

AYNUR ZEYNALLI İNSANLARIN QƏLBİNDƏ TAXT QURUB - FOTOLAR

Enerji Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi qəbul ediləcək

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə qəbul başlayıb

Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930