Hörmətli Sabutay Haciyev  tərəfindən qələmə alınmış  "Xocalı soyqırımı, Xocalı şəhidləri əbədi olaraq yaddaşlarda qalmalıdır - FOTO

Təqdim etdi:
Abbas Əli oğlu Bağırov (GÖYÇƏGÖL)
Tibb üzrə fəlsəfə doktoru
Qələbə Tibb Mərkəzi MMC-nin direktoru,Həkim,provizor


Əgər əsrin əvvəllərində Göyçə mahalında Səməd Ağanın, Aşıq Nəcəf və onun dörd oğlunun dəhşətli qətliamı , o cümlədən Qərbi Azərbaycanda türklərə qarşı törədilmiş soyqırımlar unutdurulmasaydı, Mayakovskinin, Karl Marksın haylar haqda söylədiklərini bizimkilər də zaman- zaman təkrarlasaydı, bəlkə də hayların xislətinə qarşı bir qədər sərvaxt olardıq!
Hörmətli Sabutay Haciyev tərəfindən qələmə alınmış "Xocalı soyqırımı, Xocalı şəhidləri əbədi olaraq yaddaşlarda qalmalıdır. Dövrümüzün ən dəhşətli hadisələrindən biridir, hamımıza təsir edib, həyatımızda, yaradıcılığımızda iz buraxmaya bilməzdi..." başlığı ilə möhtəşəm əsəri paylaşmaq istədim.
Bilirəm, qış çağında
Açan çiçək tez solur.
Qarlı buzlu fevralda
Gecələr uzun olur.
Bir qəribə arzum var,
Elə bir gül yetişsin,
Həm ən möhkəm şaxtada,
Həm qaynar yay çağında
Durmadan çiçək açsın.
O çiçəyə toxunmaq,
Dərib, çələng toxumaq
Bəzək verib qoxlamaq
Ağır günah sayılsın.
Boyu həm uzun oısun,
Həm küləyə davamlı
Ləçəkləri bəmbəyaz
Bircə damla qan kimi
Qırmızı xal xal olsun.
Altı yüz on üç çiçək
Bir çəməndə bulunsun
Yüz altısı ləçəkli
İşvəli nazlı olsun,
Altmış üçü utancaq,
Açmayan qönçə olsun.
Bilmirəm, keçəcəkmi
Acısı bu gecələr..
Fəryad qoparan ana,
İmdad diləyən ata,
Hələ heç yaşamamış
Qətl edilən körpələr..,
Ölüm saçan qəlpələr..
Hələ ki qurumayıb,
Qaysağı bu yaranın
Dayanmadan sızlayır,
Deməyin keçmiş olsun.
O gecənin yuxusu
Dinclik verməz əbədi!
Orda mərhəmət yoxdu,
Orda neçə xəyalın
Arzunun qətl olduğu
Yüzlərlə can, bədənin
Ruhundan ayrıldığı
Orda gecə zülmətdi.
Sızlayan, qan ağlayan,
Durmadan hey çağlayan..,
Al qırmızı bulaqdan
Bir hayqırtı qopacaq,
Bütün dünya biləcək!
Bu gün sən Xocalısan !!!
Oyan, fəryad edən can,
Məlhəm ol, donub solan,
Çiçəklərə bənd olan
Vətənim, Azərbaycan!

Sabutay Hacıyev.

Hörmətli Sabutay Haciyev  tərəfindən qələmə alınmış  "Xocalı soyqırımı, Xocalı şəhidləri əbədi olaraq yaddaşlarda qalmalıdır - FOTO
Hörmətli Sabutay Haciyev  tərəfindən qələmə alınmış  "Xocalı soyqırımı, Xocalı şəhidləri əbədi olaraq yaddaşlarda qalmalıdır - FOTO

Son xəbərlər

Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı

Nüşabə Şirin Qafanlı : Son bahara qoşul gəl.... - FOTO

Beşinci Gəncə terrorundan 6 il ötür

Alyona Əliyeva sərgidə - Fotolar

Dünya dağılır, yoxsa biz?

Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası

Türkiyəyə səs salan qətllə bağlı qərar - Aleyna bəraət aldı

BU VƏTƏN SƏNİN, MƏNİM, ONUN VƏ HAMIMIZINDIR - FOTO

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATININ LƏYAQƏT DƏSGAHI VƏ MƏNƏVİ ZİYADARLIQ TƏMƏLİ:

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Gözlədim qisməti, boyun olmadı - FOTO

Kimlərə qaldı? Söhbət kəlağayı sənətindən gedir - FOTO

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Yer kürəsində 9 ekoloji sərhəddən 7-si aşılıb - XƏBƏRDARLIQ

"Əhmədli" metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu açıldı

Yumurta qan şəkərinə necə təsir edir?

Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının “Mədəniyyət”ərazi partiya təşkilatında tədbir keçirilmişdir. - FOTOLAR

Rauf dostum ("Həkəri" qəzetinin redaktoru, şair-publisist, yaxın dostum Rauf İlyasoğluna)

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031