Bu gün sən Xocalısan - FOTO

Təqdim etdi: Hacı Abbas Əli oğlu Bağırov provizor-həkim, Tibb üzrə fəlsəfə doktoru Qələbə Tibb Mərkəzi MMC-nin direktoru

Bilirəm, qış çağında
Açan çiçək tez solur.
Qarlı buzlu fevralda
Gecələr uzun olur.

Bir qəribə arzum var,
Elə bir gül yetişsin,
Həm ən möhkəm şaxtada,
Həm qaynar yay çağında
Durmadan çiçək açsın.

O çiçəyə toxunmaq,
Dərib, çələng toxumaq
Bəzək verib qoxlamaq
Ağır günah sayılsın.

Boyu həm uzun oısun,
Həm küləyə davamlı
Ləçəkləri bəmbəyaz
Bircə damla qan kimi
Qırmızı xal xal olsun.

Altı yüz on üç çiçək
Bir çəməndə bulunsun
Yüz altısı ləçəkli
İşvəli nazlı olsun,
Altmış üçü utancaq,
Açmayan qönçə olsun.

Bilmirəm, keçəcəkmi
Acısı bu gecələr
Fəryad qoparan ana,
İmdad diləyən ata,
Hələ heç yaşamamış
Qətl edilən körpələr..,
Ölüm saçan qəlpələr..

Hələ ki qurumayıb,
Qaysağı bu yaranın
Dayanmadan sızlayır,
Deməyin keçmiş olsun.

O gecənin yuxusu
Dinclik verməz əbədi
Orda mərhəmət yoxdu,
Orda neçə xəyalın
Arzunun qətl olduğu
Yüzlərlə can, bədənin
Ruhundan ayrıldığı
Orda gecə zülmətdi.

Sızlayan, qan ağlayan,
Durmadan hey çağlayan,
Al qırmızı bulaqdan
Bir hayqırtı qopacaq,
Bütün dünya biləcək!

Bu gün sən Xocalısan,
Oyan, fəryad edən can,
Məlhəm ol, donub solan
Çiçəklərə bənd olan
Vətənim, Azərbaycan.

Sabutay Hacıyev Bakı Fevral 2017

Bu gün sən Xocalısan - FOTO

Son xəbərlər

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

"Xanımıma da, övladlarıma da qadağa qoymamışam" - Araz Ağalarov

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031