Turaztv.az » Xəbərlər » İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
Xəbərlər

İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

21.02.2023, 20:42 477
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
İslam Əməkdaşlıq Təşkilatının Baş katibliyi Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini anıb.

AZƏRTAC təşkilatın Baş katibliyinə istinadla xəbər verir ki, İƏT-in Baş katibi Hissein Brahim Taha 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş şəhidlərin ruhuna ehtiramını ifadə edib.

Baş katibliyin mətbuat açıqlamasında deyilir: “Baş katib Xocalı hadisəsinin Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsi olduğunu bir daha vurğulayıb. O, 2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommünikesinə (117-ci bənd) və qəbul edilmiş “1992-ci il Xocalı Soyqırımı qurbanları ilə həmrəylik haqqında” 48/48-POL saylı Qətnaməyə istinad edib. İƏT Xarici İşlər Nazirlər Şurasının 2022-ci ildə İslamabadda keçirilən 48-ci sessiyası tərəfindən işğal olunmuş Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi vəhşiliklər müharibə cinayətləri, insanlığa qarşı cinayət və soyqırımı kimi qiymətləndirilib”.

Oxşar xəbərlər