Dövlət Xidməti: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib


Son dövrlərdə kibertəhlükəsizlik sahəsində qarşılaşdığımız təhdidlər daha da mürəkkəbləşib və qlobal miqyasda yayılmağa başlayıb.

Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.

O qeyd edib ki, artıq kibercinayətkarlar dövlət məlumatlarından və yaxud şəbəkələrindən çox fərdi istifadəçiləri hədəfə alırlar: "Belə təhdidlərin qarşısını almaq üçün daha sıx əməkdaşlıq, daha çox təcrübə mübadiləsi və maarifləndirməyə ehtiyac var. Yeni təhlükə tendensiyalarına diqqət etsək, müzakirə edilən məsələlər arasında dipfeyk kimi yeni kibertəhlükəsizlik çağırışları, DDOS hücumları, fişinq, sosial mühəndislik və ransomveyer kimi təhdidlər son dərəcə ciddi bir problem olaraq qalır. Bu kimi hücumlar sadəcə kiçik təşkilatlara deyil, həm də böyük təşkilatlara da öz təsirlərini göstərə bilir. Bütün bunlar göstərir ki, kibertəhlükəsizlik sahəsindəki təhdidlər təkcə texnoloji deyil, həm də sosial və siyasi müstəvidə öz geniş təsirini göstərir”.

“Süni intellekt kibertəhlükəsizlikdə həm böyük imkanlar təqdim edir, həm də yeni risklər yaradır. Süni intellektin informasiya təhlükəsizliyini təmin etmək üçün istifadə edilməsi, məlumat analitikası, anomaliya aşkarlanması və kiberhücumların erkən mərhələdə aşkar edilməsi kimi sahələrdə böyük irəliləyişlərə səbəb olub. Lakin süni intellektin həmçinin kiberhücumlarda istifadə olunması riski də mövcuddur. Kiberhücuma məruz qalan şəbəkələrə qarşı süni intellekt ilə həyata keçirilən hücumlar təhlükəsizlik tədbirlərini daha çətinləşdirir və mübarizəni daha da mürəkkəbləşdirir”,- deyə A.İsmayılov qeyd edib.

Son xəbərlər

✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

“Ona zəng etdim, qan tökülməsi dayandı” - Netanyahu

Sel suları Alişanın evini də basdı - Foto

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Sabah Bakıda hava çiskinli olacaq

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031